Bakı-Brüssel xəttində gərginlik: Kallasın səfəri nəyi dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMA

Bakı-Brüssel xəttində gərginlik: Kallasın səfəri nəyi dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMAAzərbaycanla Avropa Parlamenti arasında münasibətlərdə gərginlik yeni mərhələyə keçib. Rəsmi Bakı 1 may tarixindən etibarən qurumla əlaqələrin dayandırıldığını açıqlayıb. Bu qərar tərəflər arasında siyasi dialoqun faktiki olaraq dondurulması kimi qiymətləndirilir və münasibətlərin gələcəyi ilə bağlı sualları artırır.

Eyni vaxtda, Kaya Kallasın bu gün Azərbaycana planlaşdırılan səfəri diqqət mərkəzindədir. Onun Bakıya gəlişi Avropa İttifaqı ilə Azərbaycan arasında yaranmış gərginliyin fonunda baş tutur və tərəflər arasında münasibətlərin yenidən qurulub-qurulmayacağı ilə bağlı müzakirələri aktuallaşdırır.
Bakı-Brüssel xəttində gərginlik: Kallasın səfəri nəyi dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, məlum olduğu kimi Avropanın bəzi inistitutları çərçivəsində Azərbaycana qarşı qarayaxma kampaniyası artıq bir müddətdir davam edir. Onun sözlərinə görə, Avropa Parlamenti bu kampaniya çərçivəsində "öncüllük" funksiyasını icra edir və parlament çərçivəsində çox təssüflər olsunki son beş ildə Azərbaycana qarşı 14 belə qərəzli və qeyri-konstruktiv yanaşmanı əks etdirən sənəd qəbul olunubki bu sənədlərin heç birinin onsuz Azərbaycan üçün hər hansısa bir təsir mexanizmi yoxdur: "Amma Avropa İttifaqı və onun inistitutları ilə münasibətlərin davam etdirilməsi fonunda dəyərləndirdikdə bu bizim üçün həm ikitərəfli, həm çoxtərəfli əsasdan münasibətlərin yenidən nəzərdən keçirilməsinə əsas verən mühüm yanaşmalardan biridir ki, nəticə etibarı ilə Azərbaycan Respublikasının parlament çərçivəsində qəbul olunmuş qərarla 1 May tarixindən etibarən Avropa Parlamenti ilə əlaqələr dayandırılıb. Bu fonda Kaya Kallasın Azərbaycana səfəri, daha öncə Ermənistana səfəri və Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakı və ondan sonrakı mərhələdə Azərbaycana səfəri kifayət qədər mühüm xarakter daşıyır. Düşünürəm ki, bu səfər çərçivəsində xanım Kallasın əsas məqsədi məhz münasibətlərin bərpa olunması istiqamətində Azərbaycanla danışıqların davam etdirilməsi olacaq. Çünki biz diqqət yetiririksə Avropa İttifaqının bəzi inistitutları çərçivəsində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilsədə, bizim ayrı-ayrılıqda Avropanın fərqli ölkələri ilə kifayət qədər yüksələn xəttlə inkişaf edən münasibətlərimiz var.

Son bir neçə gün ərzində intensiv xarakter daşıyan rəsmi səfərlər buna bariz nümunədir. Ümumilikdə ittifaq çərçivəsində də münasibətlərin davam etdirilməsi hər zaman bizim üçün önəm kəsb edib. Amma təbiiki Azərbaycanın prinsipal yanaşmalarına xarici siyasətdə olan milli maraqlara hədəfli suveren siyasi kursunun və eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə kifayət qədər qətiyyətli mövqe nümayiş etdirilməsini tələb edən yanaşmalara əsaslanan münasibətlər bizim üçün önəm kəsb edir. Düşünürəm ki, Kaya Kallasın Bakı səfəri çərçivəsində bu istiqamətdə gündəliyi kifayət qədər zəngindir. Çünki son zamanlarda Avropa inistitutlarının qərəzli və qeyri-konstruktiv yanaşmaları haqlı olaraq Azərbaycan tərəfindən etimad zədələyici amillər olaraq qiymətləndirilib, adekvat və operativ şəkildə lazımi cavab reaksiyaları onsuz Azərbaycan tərəfindən verilib. Bundan sonrakı mərhələdə münasibətlərin normal əsasda davam etdirilməsi və eyni zamanda zədələnmiş etimadın bərpa olunması istiqamətində atılacaq addımlar ancaq Avropa inistitutları çərçivəsində ola biləcək konstruktiv yanaşmalarla müşayət oluna bilər.

Belə səfərlər çərçivəsində keçirilən müzakirələrin münasibətlərin gələcək yol xəritəsi üçün kifayət qədər böyük önəm kəsb etdiyini aydın şəkildə ifadə edə bilərik. Digər tərəfdən isə Kaya Kallasın Ermənistanda keçirilən Avropa Siyasi Birliyininin sammitinin iclasında iştirak etməsi və ümumiyyətlə iclasın müzakirələrinə nəzər yetirsək, regionda sülh və sabitliyin qurulması, yeni sülh gündəliyinin dəstəklənməsi istiqamətində səsləndirilən fikirlər, Azərbaycan prezidenti cənab İlham Əliyevin video format çərçivəsində həmin tədbirə qoşulması və tədbir iştirakçılarına önəmli mesajlar ünvanlaması, Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı dəqiq məlumatların paylaşılması onu deməyə əsas verir ki, artıq Avropa İttifaqının müəyyən siyasi güc mərkəzləri və eyni zamanda İttifaq çərçivəsində də Cənubi Qafqazda yaranmış yeni reallıqlar birmənalı şəkildə tanınır və qəbul edilir, eyni zamanda dəstəklənir. Bu istiqamətdə atılacaq addımların gələcəyə yönəlik münasibətlərin inkişafı üçündə müsbət təsirləri mütləq şəkildə qeyd edilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 543   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

TOP MP3