2020-də gündəmə gələn üzən məzənnə planı niyə reallaşmadı? - İQTİSADÇIDAN AÇIQLAMA
2020-ci ildə Azərbaycanda milli valyutanın məzənnə rejimi ilə bağlı üzən məzənnə sisteminə keçid ehtimalı gündəmə gətirilmişdi. O dövrdə aparılan müzakirələrdə daha çevik valyuta siyasətinə keçidin iqtisadi sabitliyə təsir göstərə biləcəyi vurğulansa da, bu istiqamətdə konkret addımlar atılmadı.
Hazırda da ölkədə manatın məzənnə rejimi sabit idarə olunan model çərçivəsində qalmaqda davam edir və üzən məzənnəyə keçid məsələsi rəsmi gündəlikdə yenidən aktiv şəkildə müzakirə olunmur.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, hökumət 2020-dən sonra üzən məzənnəyə keçidi planlaşdırmışdı, amma bu günə qədər reallaşmayıb. Onun sözlərinə görə, bunun bir neçə əsas səbəbi var: "Əvvəla, 2020-ci ilin özü pandemiya, neft qiymətlərinin çökməsi və müharibə ilə yadda qaldı. Belə qeyri-sabit dövrdə məzənnəni sərbəst buraxmaq əlavə şok yaradardı. İnsanlarda və biznesdə inam zəif olanda üzən məzənnə kəskin devalvasiya qorxusu yaradır. Mərkəzi Bank sabitliyi qorumağı üstün tutdu.
İkincisi, Azərbaycan iqtisadiyyatı hələ də neft və qazdan çox asılıdır. İxracın 90 faizdən çoxu, büdcə gəlirlərinin yarısından çoxu enerji sektorundan gəlir. Neftin qiyməti düşəndə ölkəyə gələn dollar azalır. Üzən məzənnə olsa, bu birbaşa manatın dəyərdən düşməsi ilə nəticələnər. Əhali və idxaldan asılı bazar üçün bu, qiymətlərin ani bahalaşması deməkdir. 2015-ci ildəki iki devalvasiya yaddaşlardan silinməyib. Hökumət sosial narazılıq riski almaq istəmir.
Üçüncüsü, idxaldan asılılıq yüksəkdir. Ərzaq, dərman, texnika, xammalın böyük hissəsi xaricdən gəlir. Manat zəifləyəndə bu mallar dərhal bahalaşır və inflyasiya sıçrayır. Mərkəzi Bankın əsas vəzifəsi qiymət sabitliyidir. İdarəolunan məzənnə ilə inflyasiyanı cilovlamaq daha asandır.
Dördüncüsü, maliyyə bazarları dərin deyil. Üzən məzənnə üçün inkişaf etmiş valyuta bazarı, hedcinq alətləri (maliyyə risklərini azaltmaq üçün istifadə edilən vasitələr), bankların və şirkətlərin riskləri idarə etmə bacarığı lazımdır. Bizdə bank sektoru kiçikdir, ixracatçılar və idxalçılar valyuta riskini sığortalamağı bacarmır. Məzənnə sərbəst olsa, kiçik bir şokda bütün sistem çalxalana bilər.
Beşincisi, dollarlaşma səviyyəsi hələ də qalır. Əhalinin əmanətlərinin xeyli hissəsi, daşınmaz əmlak bazarı, avtomobil satışı dollarla gedir. Məzənnə üzəndə insanlar təşvişə düşüb manatdan qaçır. Bu da sabitliyi daha da pozur.
Bütün bunlara görə hökumət "de-fakto sabit, de-yure idarəolunan üzən" rejim saxlayır. Mərkəzi Bank manatı 1,70 səviyyəsində saxlamaq üçün lazım gələndə bazara çıxır. Neft Fondu və ehtiyatlar imkan verir ki, bu siyasət davam etsin.
Üzən məzənnəyə keçmək üçün gərək iqtisadiyyat şaxələnsin, qeyri-neft ixracı artsın, idxaldan asılılıq azalsın, maliyyə bazarları dərinləşsin və əhali manata inansın. Bu şərtlər olmadan məzənnəni buraxmaq sabitliyi pozar. Ona görə də keçid təxirə salınır. Hazırda sabitlik prioritetdir, çeviklik ikinci plandadır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 488 Tarix: 06 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914