Bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri daha sərt olurlar - SƏBƏBİ
Psixoloqlar insanların həyat təcrübəsini necə qəbul etdiyini araşdıraraq maraqlı nəticəyə gəliblər. Məlum olub ki, yaş artdıqca insanların daha mehriban və ya daha sərt olmasının əsas səbəbi onların xarakteri deyil, keçmişdə yaşadıqları itkiləri necə dəyərləndirməsidir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, insanlar yaşlandıqca başqalarının problemlərinə fərqli yanaşır. Bəziləri daha açıq olur və kömək etməyə meyllənir, digərləri isə daha qapalı və məsafəli davranır.
Stanford Universitetinin uzunmüddətli araşdırmasına görə, yaşlı insanlar ümumilikdə başqalarına yardım etməyə daha çox hazır olurlar. Lakin digər elmi tədqiqatlar göstərir ki, bəzi insanlar yaş artdıqca daha qapalı olur və hər şeyi nəzarətdə saxlamağa çalışır. Əvvəllər bunun səbəbinin insanların həyatlarında yaşadıqları itkilərin miqyası olduğu düşünülürdü, amma yeni nəticələr bunu təsdiqləmir.
Alimlər bildirir ki, əsas fərq itkilərin necə qəbul edilməsindədir. Əgər insan yaşadığı itkiləri onu zəiflədən və məhdudlaşdıran bir faktor kimi görürsə, o zaman həyatını daha çox nəzarətdə saxlamağa çalışır. Bu isə onun daha sərt, qapalı və ehtiyatlı davranmasına səbəb olur.
Əksinə, itkiləri dəyişiklik və inkişaf üçün fürsət kimi qəbul edən insanlar daha açıq olur, yeni təcrübələrə daha asan uyğunlaşır və daha səxavətli davranırlar.
Maraqlıdır ki, iki insan eyni və ya oxşar çətinlikləri yaşasa belə, nəticədə tam fərqli insanlara çevrilə bilər. Bu fərqin əsas səbəbi hadisələrin özü deyil, onlara verilən mənadır.
Tədqiqatçılar "nəzarət paradoksu" adlanan anlayışa da diqqət çəkirlər. Adətən insanlar düşünür ki, hər şeyi nəzarətdə saxlamaq onları daha güvənli hiss etdirəcək. Lakin həddindən artıq nəzarət istəyi əks təsir yarada bilər. Bu, sosial əlaqələrin zəifləməsinə və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Eyni zamanda Sinqapur Milli Universitetinin araşdırmaları göstərir ki, ümumilikdə insanlar yaşlandıqca daha səxavətli olurlar. Bunun səbəbi isə onların həyat təcrübəsini məhdud bir resurs kimi deyil, bilik və anlayış mənbəyi kimi qəbul etmələridir.
Digər psixoloji müşahidələrə görə, bəzi böyüklər valideynlərindən uzaqlaşır, çünki uşaqlıqda gördükləri münasibət modelini təkrarlayırlar. Həmçinin, 13-18 yaş arasında dinlənilən musiqilər yaddaşa daha güclü həkk olunur və insan həyat boyu həmin mahnıları daha yaxşı xatırlayır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 547 Tarix: 06 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914