Bir mesaj bütün pulunuzu itirməyə səbəb ola bilər

Bir mesaj bütün pulunuzu itirməyə səbəb ola bilər"Xüsusilə kartın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan gələn SMS təsdiq kodları tam məxfi məlumatlardır. Bank, polis və ya kredit təşkilatı adı ilə müraciət olunsa belə, heç bir halda bu məlumatlar tələb edilə bilməz".

Bunu BiG.AZ-az açıqlamasında İKT mütəxəssisi Bəhruz Əliyev bildirib.

O, qeyd edib ki, son vaxtlar dələduzlar adətən belə ifadələrdən istifadə edirlər: "Faizsiz kredit veririk", "Dövlət proqramıdır", "Sadəcə kart məlumatlarını yoxlamalıyıq", "Hesabınıza pul köçürəcəyik". Əgər sizdən kart məlumatları istənilirsə, bu, böyük ehtimalla fırıldaqdır. Qeyd edək ki, pul köçürmək üçün yalnız kartın 16 rəqəmli nömrəsi kifayətdir. Digər məlumatların paylaşılması təhlükəlidir:

"Tövsiyələr

Kartınız üçün gündəlik limit təyin edin, alış-veriş və köçürmə məbləğini minimum səviyyədə saxlayın.

Onlayn ödənişləri yalnız lazım olduqda aktiv edin, istifadə bitdikdən sonra isə deaktiv edin.

SMS və mobil tətbiq bildirişlərini aktiv saxlayın ki, bütün əməliyyatları dərhal izləyə biləsiniz.

Şübhəli linklərə daxil olmayın. WhatsApp, SMS və ya sosial şəbəkələr vasitəsilə göndərilən "kredit" və oxşar təkliflərə inanmayın.

Ayrı kart strategiyasından istifadə edin: əsas vəsait saxladığınız kartı onlayn ödənişlərdən uzaq tutun, internet əməliyyatları üçün isə az məbləğli və ya boş kartdan istifadə edin.

Əgər kart məlumatlarınızı bilmədən paylaşmısınızsa və ya şübhəli vəziyyət yaranıbsa, dərhal bankla əlaqə saxlayaraq kartı blokladın, kartı ləğv etdirin və yenisini sifariş edin. Eyni zamanda bank və hüquq-mühafizə orqanlarına müraciət edin. Vaxtında reaksiya böyük maliyyə itkisinin qarşısını ala bilər.
Unutmayın: asan qazanc və ya "faizsiz kredit" vədi ilə yaxınlaşan tanımadığınız şəxslər ciddi risk mənbəyidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 492   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

TOP MP3