9 May - Qələbə Günü: Tarixin Unudulmayan Zəfər Salnaməsi - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA
9 May - Qələbə Günü hər il postsovet məkanında olduğu kimi Azərbaycanda da xüsusi ehtiramla qeyd olunur. Bu tarix İkinci Dünya Müharibəsində faşizm üzərində qazanılan qələbənin simvolu kimi yadda qalıb.
Müharibənin ağır və faciəli illərində milyonlarla insan həyatını itirib, minlərlə azərbaycanlı isə cəbhədə qəhrəmanlıq göstərərək tarixin gedişinə təsir edən döyüşlərdə iştirak edib. Bu gün həm keçmişin ağrılı xatirələrini yada salmaq, həm də qəhrəmanların göstərdiyi şücaəti ehtiramla anmaq baxımından böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli BiG.AZ-a açıqlamasında bildirdi ki, ikinci dünya müharibəsi bəşəriyyətdə ən böyük müharibə hesab olunur və ən çox insan itkisi, ən çox texnikanın iştirakı, ən böyük dövlətlərin iştirakı ilə yadda qalıb. Onun sözlərinə görə, çox az saylı kiçik dövlətlər bu müharibədə bitərəf qaldılar: "ABŞ-ın Yaponiyaya atom bombası atması ilə ikinci dünya müharibəsi çox fərqli müharibə oldu və yeni reallıqlar yaratdı. İkinci dünya müharibəsindən sonra BMT yaradıldı. Düzdür sonradan beynəlxalq hüquqa bir çox dövlətlər əməl etmədilər və demək olarki təşkilatın qərarları icra olunmur. Azərbaycan torpaqlarının işğalı zamanı bunu gördük. Bizim babalarımızda bu müharibədə iştirak edib. 700 mindən çox azərbaycanlı təkcə Sovet İttifaqının tərkibində Azərbaycan Respublikasının vətəndaşı kimi gedirdi. Yerdə qalan şəxslər isə Qərbi Azərbaycandan iştriak edib. O zaman Sovetlər Birliyinin tərkibində Ermənistan adlandırılırdı və onun tərkibində gedirdi.
Eyni zamanda Gürcüstan və Dağıstanda yaşayan bir çox azərbaycanlılarda bu müharibədə iştirak edib. Orta Asiya türklərinidə əlavə etdikdə 3 milyondan çox türk Sovet İttifaqı tərəfindən bu müharibədə iştirak edib. Bəzi mənbələrə görə bu rəqəm 4-5 milyondan çoxdur və onlarında böyük hissəsi bu müharibədə həlak olub. Bu müharibədə 300 mindən çox Azərbaycanlı həlak olub və onların əziz xatirəsi ehtiramla yad edilir. Demək olarki hər bir ailədən itki olub bu müharibədə. Hər bir nəsildən bir neçə nəfər həlak olub, itkin düşüb və ya yaralanıb. Bu çox ağır bir müharibə idi və 9 May tarixində demək olarki Almaniya təslim oldu.
Daha sonra isə ABŞ-ın Yaponiyaya avqust ayında atdığı nüvə bombasından sonra Sentyabr ayında bu müharibə bütövlükdə başa çatdı və müharibənin sonunda da BMT yaradıldı. Bu gün bu müharibədən nəticə çıxardılmalıdır. Bəzi ekspertlər bildirir ki, 3-cü dünya müharibəsi başlayıb və müxtəlif istiqamətlərdə davam edir. Silahın yaradıcısı Enşteyn deyirdi ki, üçüncü dünya müharibəsi olacaqsa, dördüncü dünya müharibəsi ox-yay müharibəsi olacaq. Yəni dünya dağılıb yenidən yaranacaq. Ona görədə vətənpərvər insanlar, dünyanın gələcəyini düşününənlər hesab edirəm ki, bunu nəzərə almalıdırlar".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 635 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 162 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
21:15 102 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
17:29 173 Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
14:38 186 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
21:30 98 Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?
Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə
13:58 191 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
17:23 164 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 216 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
16:17 184