6 İllik Fasilədən Sonra Bakı-Tbilisi Qatarı İşə Düşür - İQTİSADÇIDAN AÇIQLAMA

6 İllik Fasilədən Sonra Bakı-Tbilisi Qatarı İşə Düşür - İQTİSADÇIDAN AÇIQLAMA26 may tarixindən etibarən Azərbaycan ilə Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin dəmiryolu nəqliyyatının 6 illik fasilədən sonra yenidən bərpa olunacağı açıqlanıb. Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən qatar reysləri gündəlik həyata keçiriləcək və bu addım həm turizm, həm də regionda nəqliyyat əlaqələrinin güclənməsi baxımından mühüm hesab olunur. Yeni reyslərin müasir "Stadler" vaqonları ilə həyata keçiriləcəyi bildirilir. Artıq ilkin bilet qiymətləri də açıqlanıb. Bakıdan Tbilisiyə minimum gediş haqqının 81 manat olduğu qeyd edilir. Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan isə 57 manat müəyyənləşdirilib. Qiymətlərin beynəlxalq tariflər, valyuta məzənnəsi və komfort səviyyəsinə görə dəyişdiyi vurğulanır.

Lakin qiymət məsələsi artıq sosial şəbəkələrdə və ictimaiyyətdə müzakirələrə səbəb olub. Bir çox vətəndaş hesab edir ki, qatar səfərinin yenidən açılması sevindirici olsa da, biletlərin qiyməti bəzi insanlar üçün yüksək görünə bilər. Digər tərəfdən isə müasir vaqonlar, komfortlu şərait və beynəlxalq marşrut olması səbəbindən bu qiymətlərin normal olduğunu düşünənlər də var. Qatar səfərlərinin yenidən başlamasının xüsusilə yay turizmi dövründə Gürcüstana səfər edənlərin sayını artıracağı gözlənilir.
6 İllik Fasilədən Sonra Bakı-Tbilisi Qatarı İşə Düşür - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, 81 manatlıq bilet qiyməti ilk baxışda Avropa standartları ilə müqayisədə normal görünə bilər. Amma məsələ yalnız qiymətin rəqəmi deyil, insanların gəliri ilə müqayisədə nə qədər əlçatan olmasıdır. Onun sözlərinə görə, məhz burada problem ortaya çıxır: "Hazırda Azərbaycanda orta aylıq əmək haqqı təxminən 1000-1100 manat civarındadır. Gürcüstanda isə orta maaş 2200-2400 lari arasındadır ki, bu da təxminən 1400-1500 manata yaxın edir. Avropa ölkələrində isə orta aylıq maaş bir çox hallarda 2500-4000 avro (4975-7962 manat) arasındadır.

81 manatlıq bilet Azərbaycanda orta maaş alan biri üçün aylıq gəlirin təxminən 7-8 faizi deməkdir. Əgər gediş-gəliş hesab olunsa, bu rəqəm 160 manatı keçir. Bu isə bir çox insan üçün kifayət qədər ciddi xərcdir. Avropada isə eyni səviyyəli beynəlxalq qatar bileti insanların maaşının daha kiçik hissəsini təşkil edir.

Digər tərəfdən, dəmiryolu nəqliyyatı adətən daha əlçatan və büdcəyə uyğun alternativ sayılır. Əgər qiymət aviabiletlərə yaxınlaşırsa, insanlar təbii olaraq "niyə qatarla gedim?" sualını verir. Xüsusilə Bakı-Tiflis marşrutu turistik və tələbə səfərləri üçün populyar olduğundan daha münasib qiymət gözləntisi vardı.

Yəni problem təkcə "81 manat çoxdur" məsələsi deyil. Problem odur ki, region ölkələrinin gəlir səviyyəsi Avropa ilə eyni deyil, amma qiymət siyasəti müəyyən mənada Avropa standartına yaxın qurulub. Buna görə də insanların narazılığı başadüşüləndir. Təxmini həmesablamalarıma görə, Bakı-Tiflis qatarında 1 sərnişinin daşınma maya dəyərinin təxminən 30-40 manat təşkil edilir. Buraya yanacaq və ya elektrik, personal maaşı, vaqonların texniki xidməti və beynəlxalq dəmiryolu xərcləri daxildir. Bu qatarın orta doluluğu halı ücün hesablanıb. Qatar tam dolu olduqda maya dəyəri daha da aşağı düşə bilər. Buna görə biz də hesab edirik ki, 81 manatlıq qiymət xüsusilə region ölkələrinin maaş səviyyəsinə görə yüksəkdir. Qatar həm də dövlət mülkiyyətidirsə, nəyə gorə vətəndaşdan ikiqat mənfəət əldə etməyi hədəfləməlidir? Heç olmasa maya dəyərinin 10-15%-i həcmində mənfəət hədəflənməlidir. Belə olan halda maksimum qiymət 48 manat təşkil edə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 392
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 763
.

ABŞ nüvə partlayışını simulyasiya edən təlim keçirdi

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası Nevada Sınaq Sahəsində nüvə partlayışını simulyasiya edən təlimlər keçirib. xəbər verir ki, bu barədə "TWZ" məlumat yayıb. Portal qeyd edir ki, yeraltı partlayışların aşkarlanması partlayıcı qurğunun yerləşdirilməsindən asılıdır. Aşkarlanması ə

10:59 117
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 379
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 412
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 409
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 121
.

Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt

Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə

10:39 113
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 135
.