"Düzgün cavablar gözləyirik" - Tramp Tehranı həm hədələdi, həm də təriflədi
İranın 14 maddəlik təklifindən sonra ABŞ Pakistan vasitəsilə Tehrana mümkün müqavilənin yeni mətnini göndərib. "AzPolitika" xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadla məlumat verib.
Mənbənin sözlərinə görə, İran hazırda sənədi nəzərdən keçirir və hələlik ona cavab verməyib.
Bu arada, ABŞ Prezidenti Donald Tramp deyib ki, əgər Amerika tərəfi "İrandan düzgün cavablar almasa, hər şey çox tez baş verəcək".
Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında deyib: "Biz hərəkətə keçməyə tam hazırıq. Düzgün cavablar almalıyıq. Onlar mütləq, 100% yaxşı cavablar olmalıdır və əgər onları alsaq, çoxlu vaxt, enerji və həyatları qoruyacağıq".
O, İranı hədələməklə yanaşı, Tehranı təmsil edən danışıqçıları da tərifləyib: "Biz əslində çox yaxşı insanlarla işləyirik. Biz istedadlı və ağıllı insanlarla işləyirik".
Qeyd edək ki, bundan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqei İran və ABŞ-nin Tehranın təklifinə əsaslanan razılaşma ilə bağlı fikir mübadiləsi apardığını bəyan edib.
Onun sözlərinə görə, fikir mübadiləsi "İranın 14 maddəlik təklifinin mətni əsasında" aparılır.
"Tasnim" agentliyinin məlumatına görə, 14 maddəlik mətndə hərbi əməliyyatların dayandırılması və qarşılıqlı etimadın artırılması tədbirləri xüsusi vurğulanır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 609 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHikmət Hacıyev Azərbaycanın İsraillə münasibətlərindən danışdı: "Prinsiplərdən geri çəkilmirik"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda Azərbaycanın İsraillə münasibətləri və Fələstin məsələsində mövqeyi barədə açıqlamala
12:30 63 Sürücü yolu bilmədi, sərnişinlərdən soruşdu - Avtobusla bağlı ŞİKAYƏT
Bakıda fəaliyyət göstərən 9 nömrəli avtobuslardan birinin sürücüsü ilə bağlı sərnişinlərdən şikayət daxil olub. Sərnişinlərin sözlərinə görə, yeni təyin olunan sürücü marşrutu və dayanacaqları tam tanımır. Tıxac zamanı avtobusu idarə etməkdə çətinlik çəkir, bəzən bilmədiyi yola daxil olaraq geri qayıdır
11:00 203 Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?
Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır
12:06 103 Süni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
01.10.2026 422 Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə onun barəsində impiçment prosedurunun başladılacağını düşünür. Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb
12:30 76 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 438 "Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"
"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas
11:18 104 "Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib
"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi
11:56 94 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 12