"Ghost kitchen"lər nə qədər təhlükəsizdir? - Virtual restoranlarda gigiyena və nəzarət müzakirəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

"Ghost kitchen"lər nə qədər təhlükəsizdir? - Virtual restoranlarda gigiyena və nəzarət müzakirəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illərdə sürətlə yayılan və yalnız onlayn sifariş üzərindən fəaliyyət göstərən "ghost kitchen" və ya virtual restoranlar qida sektorunda yeni bir trendə çevrilib. Fiziki filial və müştəri qəbul edən zal olmadan çalışan bu obyektlər əsasən çatdırılma xidmətləri vasitəsilə fəaliyyət göstərir. Lakin onların sayının artması ilə birlikdə cəmiyyətdə bir sual daha çox müzakirə olunur: görəsən, bu tip restoranlarda qida təhlükəsizliyi, gigiyena və təmizlik qaydalarına nə dərəcədə əməl olunur? Ənənəvi restoranlardan fərqli olaraq virtual mətbəxlərin bir çoxu ictimaiyyətə açıq olmur və istehlakçılar yeməyin hansı şəraitdə hazırlandığını görmür.

Bu isə sanitar nəzarət, məhsulların saxlanma şəraiti və gigiyenik standartlarla bağlı narahatlıqları artırır. Bəs Azərbaycanda bu sahəyə nəzarət necə həyata keçirilir və onlayn fəaliyyət göstərən restoranlar hansı qaydalara əməl etməlidir?
"Ghost kitchen"lər nə qədər təhlükəsizdir? - Virtual restoranlarda gigiyena və nəzarət müzakirəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, onlayn qida sifarişi platformalarının sürətli artması, xüsusilə də fiziki olaraq müştəri qəbul etməyən belə məkanlar müasir qida təhlükəsizliyində ən ciddi müzakirə mövzularından biridir: "Bir istehlakçı olaraq görmədiyimiz bu sistem həm gigiyenik riskləri, həm də tənzimləmə çətinliklərini ortaya çıxarır.

Rəsmi qeydiyyatdan keçmiş bütün qida obyektləri yoxlanılır. Həmçinin bu yoxlamalara onlayn qida satışı edən məkanlar da daxildir.

Qanunvericiliyə görə qidanın istehsal edildiyi yerin restoran, ya qapalı mətbəx olmasından asılı olmayaraq həmin obyekt qida təhlükəsizliyi reyestrində qeydiyyata alınmalı və fəaliyyət növünə uyğun olaraq sanitariya-gigiyena ekspertizasından keçməlidir.

Nəzarət mexanizminin olmasına baxmayaraq, əsas risk gizli fəaliyyət göstərən subyektlərlə bağlıdır. Restoranların fəaliyyəti vizual olaraq hamıya açıq olduğu halda, bəzi onlayn satış profilləri adi mənzillərdə, zirzəmilərdə, qeydiyyatsız obyektlərdə qida hazırlayıb çatdırılma tətbiqləri vasitəsilə sata bilirlər. Bu cür yerlər dövlət nəzarətindən yayındığı üçün mikrobioloji və sanitariya baxımından ən böyük risk mənbəyidir.

Fiziki olaraq görə bilmədiyimiz məkandan yemək sifariş edərkən qarşılaşa biləcəyimiz əsas təhlükələr qida zəhərlənmələrin səbəb olan bioloji və texnoloji faktorlardır. Standart restoranlarda mətbəxin strukturu HACCP prinsiplərinə uyğun ayrılır. Dar və qeyri-peşəkar onlayn mətbəxlərdə isə çiy toyuq ətindəki salmonella və ya campylobacter bakteriyalarının birbaşa bişmiş yeməklərə, salatlara keçmə riski çox yüksəkdir. Müştəri gözü qarşısında olmayan işçilərin maska, əlcək, xüsusi geyim qaydalarına riayət etməməsi, əllərin düzgün yuyulmaması nəticəsində qidalara staphylococcus aureus kimi toksin istehsal edən bakteriyalar ötürülə bilər. Qida mikrobiologiyasında 5°C ilə 60°C arası temperatur təhlükəli zona adlanır. Bakteriyalar bu temperaturda hər 20 dəqiqədən bir sürətlə çoxalır. Onlayn sifarişlərdə yeməyin hazırlanma anından müştərinin qapısına çatana qədər keçən müddətdə termal çantaların istifadə edilməməsi, kuryerin gecikməsi, yeməyin uzun müddət bu təhlükəli zonada qalmasına və toksinlərin yaranmasına səbəb olur. Bir istehlakçı olaraq sifariş etdiyimiz brendin fiziki ünvanının, rəsmi veb saytının, fəaliyyət göstərən real restoran filialının olub-olmadığını yoxlamalıyıq. Həmçinin sosial şəbəkə səhifələrindən reytinqi və müştəri rəylərini oxuyaraq qənaətə gələ bilərik.

Yemək bizə çatdırılarkən kuryerin çantasının təmizliyinə və izolyasiyasına diqqət etməliyik. İsti yeməklər ələ toxunacaq dərəcədə isti, soyuq yeməklər və qəlyanaltılar isə soyuq daxil olmalıdır. Ilıq gələn ət və balıq məhsulları potensial təhlükə daşıyır.

Qidanın qablaşdırılması möhkəm, hermetik olmalıdır. Kuryer tərəfindən açılmadığını göstərən təhlükəsizlik lenti ilə bağlanmalıdır. Plastik qabların üzərində isti qidalar üçün yararlı olduğunu göstərən işarələrin olmasına da diqqət etsək yaxşı olar.
Məkanı bilinməyən onlayn platformalardan çiy balıq, çiy yumurta ehtiva edən souslar, kremli şirniyyatlar, farş edilmiş ət məhsulları sifariş edərkən çox ehtiyatlı davranmalıyıq. Bu qidalar mikrobioloji cəhətdən ən tez xarab olan və ağır qida zəhərlənmələrin səbəb olan məhsullardır. Əgər sifariş etdiyimiz yeməyin qoxusunda, rəngində, teksturasında ən kiçik şübhə varsa, istifadə etməsək ən təhlükəsiz seçim olar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 110
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 436
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 0
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

01.10.2026 389
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 94
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

01.10.2026 612
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 753
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 407
.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 68
.