ABŞ-İran xəttində ziddiyyətli siqnallar: Müharibə, yoxsa razılaşma? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ ilə İran arasında artan gərginlik fonunda bir-birinə zidd məlumatların yayılması beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. CBS News telekanalının məlumatına görə, Vaşinqton İranın ABŞ-ın son təklifini qəbul etməyəcəyi təqdirdə yeni hərbi zərbələrə hazırlaşır.
Digər tərəfdən isə Axios isə yazır ki, tərəflər arasında aparılan danışıqlarda bir sıra əsas maddələr üzrə razılıq əldə olunub və mümkün anlaşma üçün diplomatik təmaslar davam edir. Qarşılıqlı açıqlamalar regionda həm müharibə ehtimalını, həm də diplomatik həll ümidlərini eyni anda gündəmdə saxlayır.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, ABŞ-İran gərginliyinin gələcəyi ilə bağlı birmənalı fikir bildirmək kifayət qədər çətindir. Onun sözlərinə görə, həm media platformasında həmdə fərqli platformalarda aparılan müzakirələrdə atəşkəsin əldə olunması, ümumiyyətlə böhranın ilkin mərhələsində razılığa gəlinməsi ilə bağlı fikirlər səsləndirildiyi kimi eyni zamanda müharibənin yeni bir mərhələyə daxil olması ilə bağlı ehtimallarda ciddi şəkildə müzakirə olunur: "Düşünürəm ki, yaxın bir neçə gün ərzində atılacaq addımlar əslində sadəcə ABŞ İran münasibətləri və ya bu istiqamətdə ola biləcək mümkün müharibənin gələcəyi ilə bağlı deyil, eyni zamanda Çin-ABŞ danışıqları və yeni dünya nizamının formalaşması ilə bağlıda ciddi mesajlar vermiş olacaq. Çünki mümkün ola biləcək bədbin ssenarilərdə yeni müharibə ehtimalı reallaşarsa, bu o deməkdirki artıq dünyanın təsir dairələrinə bölünməsi uğrunda aparılan danışıqlarda Çin və ABŞ ortaq razılığa gələ bilməyib.
Digər bir istiqamətdə isə əgər hər hansısa bir atəşkəsin əldə olunması ilə bağlı biz bəyanatları müşahidə etsək onda aydın şəkildə ifadə edə bilərik ki, artıq münaqişələrin dondurulma fazasına keçməsi və ABŞ-İran gərginliyinin müəyyən mənada ilkin mərhələdə həll olunması istiqamətində qlobal güclər arasında aparılan danışıqlarda ortaq razılıq əldə olunub".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 617 Tarix: 25 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
01.10.2026 526 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 369 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 385 ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər
01.10.2026 413 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
01.10.2026 594 Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA
Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy
01.10.2026 494 Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb
Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə
01.10.2026 355 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
01.10.2026 410 3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
01.10.2026 404