Fironların mirası: Liviya səhrası şüşəsinin sirri açılır
Şimali Afrikanın quraq ərazilərində milyon illərdir sirrini qoruyan qeyri-adi material yenidən elmi araşdırmaların mərkəzinə düşüb. Misir ilə Liviya sərhədi arasında geniş ərazidə tapılan sarımtıl, şüşəvari bu maddə "Liviya səhrası şüşəsi" kimi tanınır.
Qaynarinfo xəbər verir ki, təxminən 29 milyon il əvvəl formalaşdığı düşünülən bu nadir material qədim Misirdə də istifadə olunub. Məşhur firon Tutanxamonun məzarından çıxarılan zinət əşyalarında da bu şüşədən parçalar aşkarlanıb.
Milano-Bicokka Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat bu materialın kosmik mənşəyinə dair daha güclü sübutlar təqdim edib. Araşdırmada 20 mikrometr ölçüsündə çox kiçik zirkon kristalları analiz edilib. Bu kristalların iç quruluşu son dərəcə yüksək temperatur və ani soyuma prosesini göstərir.
Həddindən artıq temperatur izləri
Alimlərin hesablamalarına görə, zirkonun əriməsi üçün ən azı 2250°C temperatur tələb olunur. Bu isə Yer qabığındakı ən güclü vulkanlardan belə xeyli yüksəkdir. Bu səbəbdən hadisənin adi vulkanik proseslərlə izah olunmadığı bildirilir.
Tədqiqatçılar bu istiliyin ya böyük meteorit zərbəsi, ya da atmosferdə partlayan kosmik cisim nəticəsində yarandığını düşünürlər. Hər iki ssenari səhrada geniş miqyaslı şüşələşməni izah etməyə çalışır.
İki əsas kosmik fərziyyə
Bir qrup alim birbaşa meteorit zərbəsinin səthi əridərək bu şüşəni yaratdığını irəli sürür. Digər qrup isə atmosferdə partlayan böyük kosmik cismin yer səthinə çatmadan güclü istilik dalğası yaydığını və krater qoymadan bu təsiri yaratdığını düşünür.
Bölgədə indiyə qədər aydın bir meteorit kraterinin tapılmaması ikinci ehtimalı gücləndirir, lakin mübahisə hələ də davam edir.
Yeni nəticələr göstərir ki, Liviya səhrası şüşəsi Yer tarixində baş verən ekstremal kosmik hadisələrin izlərini qoruyan təbii bir "arxiv" kimi çıxış edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 709 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
01.10.2026 316 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 159 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 171 20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
01.10.2026 271 Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır
01.10.2026 160 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
01.10.2026 189