İlqar Məmmədovla Kamal Cəfərov dalaşdı: "Hələ də anlaya bilmir ki..."

İlqar Məmmədovla Kamal Cəfərov dalaşdı: "Hələ də anlaya bilmir ki..."Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Kamal Cəfərovla Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri, siyasətçi İlqar Məmmədov arasında qarşıdurma yaranıb.

"Yeni Sabah" xəbər verir ki, buna iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri səbəb olub.

İ.Məmmədov Nikol Paşinyanın sədri olduğu "Vətəndaş Müqaviləsi" Partiyasının qələbəsi ilə bitən seçkilərlə bağlı şərh verib. O iddia edib ki, Ermənistanın Baş naziri konstitusiyanı dəyişməmək üçün səsvermənin nəticələrindən yararlanmağa çalışacaq. pizza hut

"İndi Paşinyan deyəcək ki, mən bütün kampaniyanı həm də konstitusiyanın preambulasının dəyişdirilməsi təklifi ilə də apardım, amma görürsünüz də, heç 50 faiz ala bilmədim, nəticəm cəmi 49 faizdir və həmin o 49 faizin çoxunu da başqa işlərimə görə almışam, buna görə yox. Odur ki, gəlin ya bu mövzunu sülh sazişi gündəmindən çıxaraq, ya da əlavə olaraq elə şeylərə anlaşaq ki, mən bu preambula dəyişikliyinin vacibliyinə ictimai rəyi inandıra bilim".

ReAL-ın sabiq sədri iddia edir ki, Azərbaycanın o preambula məsələsini həlledici şərt kimi qoyması ən əvvəldən yanlış diplomatik xətt idi. Onun fikrincə, hüquq, siyasət və tarix kəsişməsində qərarlar verərkən aşırı leqalist yanaşma heç də ən doğrusu deyil. Beynəlxalq münasibətlər Azərbaycanın daxili siyasəti deyil ki, leqalist düşüncənin yaratdığı keyfiyyət kəsirləri dövlətin zor, məcburlama alətləri ilə rahat-rahat doldurula".

Siyasətçinin bu fikirlərinə deputat K.Cəfərov sərt cavab verib:

"İlqar Məmmədovun Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarına dair açıqlaması siyasi məsuliyyətsizlikdir.

Birincisi, Ermənistanın daxili seçki arifmetikası Azərbaycanın sülh şərtlərinin məzmununu müəyyən etmir. Vətən müharibəsinin qalibi kimi Müzəffər Azərbaycan və cənab Prezident İlham Əliyev müəyyən edir.

İkincisi bu leqalizm deyil. Ermənistanın konstitusiyası Müstəqillik Bəyannaməsinə istinad edir və həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları var.

Bu isə formal-texniki detal deyil. Bu, Ermənistanın dövlət ideologiyasının bünövrəsidir. Biz heç bir halda bunu sülh sazişi ilə yan-yana yaşada bilmərik. Bu güzəşt deyil, özünü inkar etmək olardı.

Beynəlxalq münasibətlər tarixinə baxsaq, ən davamlı sülh sazişləri əsas iddia çərçivəsini dəyişdirənlərdir. Almaniyanın 1990-da "İki+Dörd" Müqaviləsi ilə ərazi iddialarından rəsmi imtina etməsi kimi nümunələr göstərir ki, Ermənistandan tələb olunan isə güzəşt deyil, beynəlxalq hüquqa uyğun çərçivənin dəyişdirilməsidir.

Üçüncüsü əgər Paşinyan həqiqətən deyəcəksə ki, "konstitusiya dəyişikliyini ictimaiyyətə inandıra bilmirəm", bu o deməkdir ki, erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi irredentist çərçivəyə hələ də bağlıdır. Paşinyan dəstəklənsə də, erməni cəmiyyətində bu xəstəlik hələ də davam edir.

Ona görə bu gün Ermənistan Konstitusiyasına dəyişiklik olmadan imzalanmış sülh sazişi, sabah həmin qüvvələr tərəfindən bəzi maraqlı xarici qüvvələrin dəstəyi ilə çox asanlıqla siyasi şəkildə eroziyaya uğradıla bilər.

Beləliklə, təkcə bu arqumentin özü Azərbaycanın konstitusiya tələbinin nə qədər haqlı olduğunu bir daha təsdiq edir.

Dördüncüsü Paşinyanın 49%-i onun daxili zəifliyidir, bunu Azərbaycanən zəifliyi kimi təqdim etmək məntiqsizlikdir. Görünür İ.Məmmədov hələ də qəbul edə bilmir, ya da anlaya bilmir ki, sülh gündəliyinin şərtlərini Azərbaycan müəyyən edir, bu reallıqla beynəlxalq ictimaiyyət hesabalaşır. Və şərtləri müəyyən edən ölkə üçün qarşı tərəfin zəifliyi güzəşt üçün deyil, əksinə əlavə təzyiq üçün imkan yaradır.

Yekunda "çətin olduğu üçün tələb yanlış idi" demək məntiqi, əgər ardıcıl şəkildə tətbiq edilsə, hər prinsipal mövqedən geri çəkilmək üçün arqumentə çevrilər.

Çox təəssüf ki, tarix boyu Azərbaycan xalqı bunun acısını çox çəkib. Azərbaycan xalqı İlham Əliyevə tam inanır və liderinin nəyi, nə vaxt, necə edəcəyinə də tam güvənir".

İlqar Məmmədovun deputata cavabı isə gecikməyib:

"Bugün yazdığıma YAP-çı deputat Kamal Cəfərovun dərhal cavab statusu yazması maraqlı faktdır. Əvvəllər mən deyəndə ki, Ermənistanın konstitusion preambulası ilə bağlı tələbin sülh sazişinin imzalanmasına qəti şərt kimi qoyulması yanlış diplomatiyadır, hakimiyyətdə sözümə heç fikir verən yox idi. İndi Ermənistandakı seçkinin nəticəsi dediyimi doğrulaya bilər deyə, acıqlarına gəlir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 171
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

01.10.2026 271
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

01.10.2026 160
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.