Məktəblərdə sosial media istifadəsi nəzarət altına alınır - PSİXOLOQDAN AÇIQLAMA

Məktəblərdə sosial media istifadəsi nəzarət altına alınır - PSİXOLOQDAN AÇIQLAMAAzərbaycanda bəzi orta məktəblərdə şagirdlərin dərs zamanı sosial şəbəkələrdən, xüsusilə də "TikTok" platformasından istifadəsinə məhdudiyyətlərin tətbiqi yenidən müzakirələrə səbəb olub. Məktəb mühitində diqqət dağınıqlığı, kibertəzyiq, təhlükəli çağırışlar və şagird davranışlarında yaranan neqativ dəyişikliklər fonunda bu addımın nə dərəcədə effektiv olacağı maraq doğurur.

Bəs "TikTok"a qoyulan qadağa məktəblərdə neqativ halların azalmasına səbəb ola bilərmi? Problem təkcə platformada deyil, sosial şəbəkələrdən istifadə mədəniyyətində və valideyn nəzarətində də axtarılır.
Məktəblərdə sosial media istifadəsi nəzarət altına alınır - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə sosial şəbəkənin təsiri istifadə müddətindən, izlənilən məzmundan və şəxsi xüsusiyyətlərdən asılıdır. Ələlxüsus valideyn nəzarətsizliyi və telefondan istifadə tərbiyəsinin olmamasından qaynaqlanır. Onun sözlərinə görə, yalnız yeniyetmələrə deyil, azyaşlı körpə uşaqlara da, psixoloji təsirləri yan keçmir: "Yeniyetmələr arasında əsasən kiberzorakılıq halları yayqındır. Belə ki, şərhlər və mesajlar vasitəsilə təhqir və ya təzyiq halları yaşanılır. Alqoritm bəzən yaşa uyğun olmayan və ya yanlış məlumatlar yayan videolar göstərə bilir və uyğunsuz məzmun yeniyetməni uyğun olmayan davranışlara tətikləyə bilər. Digər səbəblərdən; başqaları ilə davamlı müqayisə bəzi yeniyetmələrdə özünəinamın azalmasına, narahatlığa və ya əhvalın pisləşməsinə səbəb ola bilər. Bu pozuntu da ən yayqın davranışlardan biridir. Eləcə də yuxu pozuntuları, diqqət problemləri, vaxt itkisi yeniyetmənin sağlam inkişafını çətinləşdirə bilər.

Hər bir insanın şüuraltı kölgə tərəfləri var. Həyat boyu o kölgə tərəfləri tətikləyən hadisələr baş verə bilir. Sosial şəbəkələrin təsiri isə bu prosesin daha rahat və daha tez baş verməsinə şərait yarada bilər. İnsan daim başqalarının həyatını, uğurlarını və görünüşünü izlədikdə qısqanclıq, özünəinamın azalması, təsdiq olunmaq ehtiyacı və ya diqqət mərkəzində olmaq arzusu kimi hisslər güclənə bilər. Bundan da əlavə, alqoritmlər istifadəçinin maraq göstərdiyi məzmunu daha çox təqdim etdiyinə görə müəyyən düşüncə və emosiyalar təkrar-təkrar qidalanır. Nəticədə insanın normal şəraitdə zəif görünən tərəfləri, qorxuları və ya mənfi meylləri daha aydın şəkildə üzə çıxa bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 498   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz - Hikmət Hacıyev

Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir. Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikas

05.08.2026 249
.

Kral ailəsində yeni körpə - Foto

Mərhum Kraliça II Elizabetin nəvəsi şahzadə Yevgeniya üçüncü dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə kral ailəsi rəsmi açıqlama yayıb. Məlumata görə, şahzadə və həyat yoldaşı Cek Bruksbank avqustun 3-də Lissabondakı xəstəxanada dünyaya gələn qız övladlarını qucağına alıb. Açıqlamad

05.08.2026 361
.

Rusiya BMT-də Ukrayna ilə bağlı yeni iddialar səsləndirdi

Ukrayna Afrikada terror fəaliyyəti ilə məşğuldur və Kiyevə verilən silahlar yaraqlıların əlinə keçir. xəbər verir ki, bu iddianı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya missiyanın rəsmi internet səhifəsində yayımlanan açıqlamasında səsləndirib. Nebenzya bildirib ki, söhbət pilotsuz uçu

11:21 118
.

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb. xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər.

10:57 148
.

Qulaqdakı bu əlamətlər ciddi xəstəlik xəbərçisi ola bilər

Əksər insanlar qulaqları yalnız eşitmə orqanı hesab etsələr də, əslində onlar orqanizmdə daha vacib funksiyalar yerinə yetirir. Daxili qulaqda yerləşən tarazlıq sistemi sayəsində insan ayaq üstə dayana, rahat yeriyə və ətraf mühitdə istiqamətini müəyyən edə bilir. Həkimlər bildirirlər ki, eşitmənin qəfi

05.08.2026 324
.

Şirvan kanalı bərpa edildi - Foto

Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir v

05.08.2026 225
.

Dostunun üzündə siqaret söndürdü, dəfələrlə həbs olundu - Qumara görə itirilən şöhrət

Bəzi futbolçular meydandakı oyunlarından çox, kənardakı davranışları ilə tarixə düşürlər. İngiltərə futbolunun ən mübahisəli simalarından biri hesab olunan Coi Barton da məhz belələrindəndır. O, istedadı ilə Premyer Liqada uzun illər oynasa da, karyerasını kölgədə qoyan saysız-hesabsız qalmaqalları il

05.08.2026 286
.

Tehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər

İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə

10:44 130
.

İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy

05.08.2026 324
.

TOP MP3