"BakıKart"ın qiyməti artdı: dotasiyalar hara xərclənir? - İQTİSADÇIDAN AÇIQLAMA

"BakıKart"ın qiyməti artdı: dotasiyalar hara xərclənir? - İQTİSADÇIDAN AÇIQLAMABakıda ictimai nəqliyyatda istifadə olunan "BakıKart" kartlarının satış qiymətinin 2 manatdan 3 manata qaldırılması ictimai müzakirələrə səbəb olub. Rəsmi açıqlamada qiymət artımının kart istehsalı, texniki xidmət və infrastruktur xərclərinin artması ilə əlaqələndirildiyi bildirilsə də, məsələ ictimai nəqliyyat sisteminə ayrılan dövlət dəstəyi fonunda əlavə suallar yaradıb.

Dövlət tərəfindən dotasiya alan nəqliyyat sektorunda qiymət artımlarının davam etməsi və sərnişinlərin əlavə xərclərlə üzləşməsi diqqət çəkir. Bu isə ayrılan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyi və xidmət keyfiyyətinə nə dərəcədə təsir etdiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
"BakıKart"ın qiyməti artdı: dotasiyalar hara xərclənir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, BakıKartın qiymətinin 3 manata qaldırılması müxtəlif səbəblərlə izah oluna bilər. Onun sözlərinə görə, rəsmi qurumlar adətən istehsal, logistika, texniki xidmət və inflyasiya xərclərinin artmasını əsas gətirirlər: "Digər tərəfdən, ictimai nəqliyyat şirkətlərinin dövlət dotasiyası aldığı nəzərə alınanda, vəsaitlərin necə xərcləndiyi və niyə əlavə qiymət artımına ehtiyac yarandığı barədə suallar yaranır. Əgər dövlət dəstəyi mövcuddursa, vətəndaşlar təbii olaraq bu vəsaitlərin hansı istiqamətlərə yönəldildiyini və qiymət artımının nə dərəcədə əsaslandırıldığını bilmək istəyirlər.

Qiymət artımının əsl səbəblərini müəyyən etmək üçün qurumların maliyyə hesabatları və xərclər barədə daha şəffaf məlumat verməsi vacibdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 171
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

01.10.2026 271
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

01.10.2026 160
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.