Yeməkdən sonra oturmamaq lazımdır - endokrinoloq danışdı
Qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağın ən sadə yollarından biri yeməkdən sonra qısa gəzintiyə çıxmaqdır. Endokrinoloqlar bildirirlər ki, yeməkdən dərhal sonra hərəkət etmək qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Mount Sinai xəstəxanasının endokrinoloqu Suma Qondi açıqlama yayıb.
Mütəxəssis bildirib ki, yeməkdən sonra edilən yüngül fiziki aktivlik əzələlərin qandakı şəkəri daha fəal şəkildə istifadə etməsinə şərait yaradır. Onun sözlərinə görə, əzələlər hərəkət zamanı enerji əldə etmək üçün qlükozanı mənimsəyir. Bu da yeməkdən sonra qanda şəkərin səviyyəsinin azalmasına kömək edir.
Araşdırmalar göstərir ki, yeməkdən sonra hətta qısa müddətli fiziki aktivlik belə qlükoza səviyyəsinin idarə olunmasına müsbət təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, hər hansı hərəkət ümumiyyətlə hərəkətsiz qalmaqdan daha faydalıdır və aktivliyə nə qədər tez başlansa, nəticə də bir o qədər yaxşı olar.
Suma Qondinin sözlərinə görə, yeməkdən sonrakı ilk 15 dəqiqə ərzində edilən 10-15 dəqiqəlik gəzinti qanda şəkərin yüksəlməsinin qarşısını almağın təsirli üsullarından biridir. Xüsusilə karbohidratlarla zəngin qidalardan sonra bu vərdiş daha böyük fayda verə bilər.
Endokrinoloq hesab edir ki, bu məsələdə gəzintinin müddətindən daha çox onun nə vaxt edilməsinin əhəmiyyəti var. Belə ki, yeməkdən dərhal sonra 10 dəqiqə gəzmək, günün başqa saatında edilən 30 dəqiqəlik gəzintidən daha təsirli ola bilər.
Mütəxəssis vurğulayıb ki, yalnız gəzmək deyil, digər yüngül hərəkətlər də oxşar nəticə verə bilər. Pilləkənlə qalxmaq, step hərəkətləri etmək və ya uzun müddət oturmaq əvəzinə mütəmadi olaraq ayağa qalxmaq da qanda şəkərin səviyyəsini azaltmağa kömək edir.
Bundan əlavə, yeməkdən sonra bir neçə dəqiqə ərzində sadə güc hərəkətləri - məsələn, oturub-durma və ya ayaq barmaqları üzərinə qalxıb-enmə kimi məşqlər də faydalı hesab olunur. Amerika Diabet Assosiasiyası bildirir ki, 3-15 dəqiqə davam edən qısa, planlaşdırılmamış fiziki aktivlik belə yeməkdən sonra qanda şəkərin azalmasına səbəb ola bilər.
Qan şəkərini sabit saxlamaqda qidalanma vərdişləri də mühüm rol oynayır. Aşağı qlisemik indeksə malik, liflə zəngin qidalar tam taxıllar, paxlalılar, tərəvəzlər və çərəzlər qlükoza sıçrayışlarını azaltmağa kömək edir. Eyni zamanda ağ düyü, makaron, ağ çörək, yüksək emal olunmuş məhsullar, şirin içkilər və qazlı suların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.
Ekspertin sözlərinə görə, zülal və liflə zəngin qidaları karbohidratlardan əvvəl qəbul etmək də qan şəkərinin daha yaxşı idarə olunmasına kömək edə bilər. Bundan başqa, keyfiyyətli və vaxtında yuxu qanda yeməkdən sonrakı şəkər səviyyəsinin aşağı olması ilə əlaqələndirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 661 Tarix: 12 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKlopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
21:00 84 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
21:15 67 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
14:24 267 Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti
"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla
11:43 192 Süni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
23:15 1 92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
21:45 0 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
12:04 199 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
16:13 193 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
23:00 2