Ankaradakı subasmada da Eldar Əzizov günahkardır?

Ankaradakı subasmada da Eldar Əzizov günahkardır?Ankara su altında qaldı. Güclü yağış, dolu, su basmış yeraltı keçidlər, iflic olmuş küçələr, dünyanın sonundan bəhs edən filmlərdəki kimi suda üzən avtomobillər... İlk baxışda bu, təbii fəlakət, infrastruktur və şəhər kommunal xidmətlərinin hazırlığı ilə bağlı adi bir hadisə kimi görünürsə də mən artıq bizim bəzi yerli "ekspertlər"in oyanmasını və qardaş Türkiyənin paytaxtında baş verənlərdə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu təqsirkar bilsinlər.

Absurd yanaşmadlr? Əlbəttə. Son vaxtlar isə bəzi media qurumlarının və özünü ekspert adlandıran şəxslərin səsləndirdiyi "analitik" fikirlər də eyni dərəcədə absurddur.

Xatırladaq ki, bir müddət əvvəl Bakıya cəmi bir neçə saat ərzində aylarla yağan yağışın norması qədər yağıntı düşəndə günahkar kimi məhz Eldar Əzizov göstərilmişdi. Nə iqlim dəyişiklikləri, nə ekstremal hava şəraiti, nə də infrastrukturun obyektiv imkanları nəzərə alınmışdı. Sanki Xəzərin üzərində dolaşan buludları şəxsən o idarə edir.

İndi isə məntiq belə nəticəyə gəlməyə əsas verir ki, əgər Eldar Əzizov Bakıda yağıntıları idarə edə bilirsə, niyə onun "təsiri" Ankaraya da çatmasın? Üstəlik, yağış qəfil başlayıb, getdikcə güclənib və dolu ilə müşayiət olunub. Çox şübhəlidir. Görünür, Azərbaycanla Türkiyənin səması arasında hansısa "görünməz əl" fəaliyyət göstərir.

Hətta bəzi başlıqları indidən təsəvvür etmək olar: " Əzizovun "əli" Ankaraya da uzandı", "Yağıntıların gizli idarə olunması: regionun yeni reallığı", "Bakı İcra Hakimiyyəti Türkiyədəki leysanla niyə mübarizə apara bilmədi?" Gəlin tələsməyək. Tənqidçilərimizin təxəyyülü onsuz da kifayət qədər zəngindir.

Bu məsələdə ən diqqətçəkən məqam tənqidlərin özü deyil, onları irəli sürənlərin seçici yanaşmasıdır. Təbii fəlakətin nəticələrinə görə konkret bir məmuru məsul sayan insanlar çox sadə həqiqətləri gözardına alırlar. Məsələn, müasir şəhərlərdə infrastrukturla bağlı məsuliyyət müxtəlif qurumlar arasında bölüşdürülür: su təsərrüfatı xidmətləri, fövqəladə hallar qurumları, kommunal xidmətlər və digər strukturlar.

Hər bir sistemin müəyyən buraxılış imkanlarının olduğunu unudurlar və söhbət xüsusilə təbiət anomaliyalarından gedərkən bu məqama diqqət yetirmirlər.
Özünü ekspert kimi təqdim edən və yalnız danışmağa qadir başlara sahib olan kəslərin Bakı Şəhər İcra Hakimiyyətinin və onun rəhbərinin mövcud səlahiyyətlərini araşdırmaq kimi bir niyyətləri də yoxdur. Bu səbəb isə odur ki, detalları öyrənməkdənsə, günahkar elan ediləcək bir fiqur tapmaq daha asandır.

Axı yağışın məsuliyyətini bir nəfərin üzərinə qoymaq ən asan yoldur. Sonra eyni məntiqlə küləyə görə də həmin şəxsi günahlandırmaq olar. Daha sonra istiyə görə. Beləcə, bir az da irəli getsək, qlobal istiləşmənin məsuliyyətini də onun üzərinə qoymaq mümkün olacaq.

Bu baxımdan Ankara tənqidçilər üçün yeni "ilham mənbəyi" yaradır. Əgər Bakıda yağış yağırsa, günahkar Eldar Əzizovdur. Ankarada yağırsa, yenə də Əzizovdur. Dünyanın hər hansı yerində sel və ya daşqın baş verirsə, cavab artıq məlumdur. Nə araşdırmaya, nə təhlilə, nə də peşəkarlığa ehtiyac qalır.

Hətta biraz da irəli getmək olar. Niyə tarixi hadisələrin məsuliyyəti də onun üzərinə qoyulmasın? Məsələn, Bibliyada təsvir olunan "Böyük daşqın"ın nəticələrinə görə də Eldar Əzizovu mühakimə etsinlər. Axı əgər bir insan bir gündə aylarla yağan yağışı "təşkil edə" bilirsə, qırx gün davam edən yağışı da onun "təşkil etməsi" də reallıqdan uzaq görünmür.
Şübhəsiz ki, bütün bu ironiyanın arxasında mühüm bir həqiqət dayanır: belə ittihamların reallıqla heç bir əlaqəsi yoxdur. Bu yanaşma problemi anlamaq istəyindən deyil, sadəcə rahat bir hədəf tapmaq arzusundan qaynaqlanır. Təbii hadisələrin və infrastruktur problemlərinin müzakirəsində bu yanaşma xüsusilə təhlükəlidir, çünki real həll yolları haqqında ciddi söhbəti mənasız ittihamlarla əvəz edir.

Ankarada isə müvafiq xidmətlər təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işləri davam etdirirlər, vəziyyəti təhlil edir və gələcək üçün nəticələr çıxarırlar. Yəni peşəkarların etməli olduğu işi görürlər.

Bizdə isə bəzən diqqət problemlərin həllinə deyil, bütün problemlərin yaranmasında təqsiri olan "universal günahkar" axtarmağa yönəlir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 864   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 158
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 279
.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı

"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin  xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind

10:54 293
.

Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti

"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla

11:43 192
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

19:15 154
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

14:56 246
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

18:30 150
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.