Magistratura üzrə imtahan nəticələri AÇIQLANDI
Ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələri elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırılabilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri mayın 20-də elan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırılabilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.
Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"ni "7727" nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tənzimlənir (həmin cədvəl "Magistr" jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 19 iyun 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 17 iyun saat 10:00-dan 18 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 570 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
11:33 169 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 257 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 156 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 257 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 251 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
18:15 1 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
19:00 1