"Gecə içkili gəlib dedi ki, sizi baltalayacağam" - Qusardakı dəhşətli qətlin TƏFƏRRÜATI
Qusarda qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Oxu.Az-ın məlumatına görə, məhkəmənin hökmü ilə hadisədə təqsirləndirilən 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov 18 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il avqustun 10-da saat 4 radələrində rayonun Yuxarı Tahircal kəndində baş verib.
Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı qaçırıb və Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və o, qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs V.Əlibəyov bildirib ki, hadisədən bir gün əvvəl qeyri-rəsmi yaşadığı Şəlalə və onun qardaşı Şirin onu döyüb, təhqir ediblər. O da gecə saatlarında hər iki şəxsi qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə o, saat 4 radələrində həyətdə baltanı götürərək evə daxil olub, əvvəlcə Şirini, sonra isə Şəlaləni baltalayıb. Hadisə nəticəsində Şirin aldığı xəsarətlərdən ölüb, Şəlalə isə xəstəxanaya çatdırılıb.
Məhkəmədə ifadə verən Şəlalə Ömərova isə bildirib ki, təqsirləndirilən şəxs yalan danışır: "Nə mən, nə də Şirin Vəkili döyməmişik, təhqir etməmişik. Vəkil gecə evə sərxoş vəziyyətdə gəlib, məni təhqir etdi. Bildirdi ki, sizi baltalayacağam.
Saat 4 radələrində hamımız yatmışdıq. Gözümü açanda Vəkil mənə balta ilə xəsarət yetirdi. Yalvardım ki, öldürməsin. Saçımdan tutub məni yerə yıxdı, təpikləməyə başladı. Qızım qışqıraraq həyətə qaçdı, polisə məlumat verdi".
Hadisədən sonra Vəkil Əlibəyov kənd ərazisində saxlanılıb, istintaqa təhvil verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
11:33 169 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 257 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 156 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 257 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 251 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
18:15 1 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
19:00 1