Donald Tramp ABŞ və İran arasındakı sülh razılaşmasının yeni mərhələsini elan etdi
"ABŞ və İran sülh yolu ilə nizamlanma üzrə razılaşmaların icrasının ikinci mərhələsinə qədəm qoyur".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada "Böyük Yeddilik" toplantısı çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə bildirib.
"İranla müqavilə bağlamışıq. O, uğurlu olmalıdır. Hazırda ikinci mərhələyə keçilir və düşünürəm ki, bu, daha asan başa gələcək", - deyə Amerika lideri Fransada keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində jurnalistlərə qeyd edib.
Tramp İranla hazırlanan razılaşmanı ədalətli və yaxşı sənəd kimi xarakterizə edib. ABŞ prezidenti vurğulayıb ki, İslam Respublikası ilə imzalanan memorandum çərçivəsində Vaşinqton İrana sərmayə yatırmaqla bağlı heç bir öhdəlik götürmür.
"İrana heç bir vəsait yatırmırıq. Dünən yayılan şayiələr sadəcə gülüncdür. Bizim, mənim və ya başqa birinin istəyi olarsa, nə vaxtsa müdaxilə edib nəsə etmək hüququmuz var, lakin biz heç bir pul qoymuruq. İran iqtisadiyyatına investisiya ilə bağlı öhdəliyimiz yoxdur", - deyə o bildirib.
Tramp həmçinin onu da qeyd edib ki, müqavilə çərçivəsində İrana nüvə silahına sahib olmaq qadağan ediləcək, əks halda rəsmi Tehran ağlasığmaz nəticələrlə üzləşəcək.
"İran heç vaxt nüvə silahına malik olmayacaq. Onlar bunu hazırlamayacaq, almayacaq və onunla heç nə etməyəcəklər. Əgər nəsə etmək istəsələr, inanılmaz dərəcədə ağır nəticələrdən əziyyət çəkəcəklər. Məhz bu səbəbdən razılaşmanı imzalamağa razılaşdım", - deyə Amerika lideri Fransadakı G7 sammitində jurnalistlərə söyləyib. Bununla belə, o, konkret olaraq hansı nəticələrdən söhbət getdiyini dəqiqləşdirməyib.
ABŞ Prezidenti ölkəsinin İranın nüvə materiallarını əldə etməyi planlaşdırdığını da diqqətə çatdırıb.
"Biz gedib İranın nüvə materiallarını götürməyə hazırlaşırıq. Bu materiallar o qədər də qiymətli deyil, lakin hesab edirəm ki, psixoloji cəhətdən biz onlara sahib olmaq istəyirik", - deyə o əlavə edib.
Tramp İranla münaqişənin artıq arxa plana keçdiyini və ABŞ-nin diqqətini Ukraynadakı vəziyyətin nizamlanmasına yönəldəcəyini vurğulayıb.
ABŞ-nin bundan sonra Ukrayna böhranının həllinə fokuslanıb-fokuslanmayacağı ilə bağlı sualı cavablandıran dövlət başçısı deyib:
"Bütün diqqətimiz İranda idi, indi bu məsələ ikinci plana keçir".
Tramp Vaşinqtonun Ukraynada baş verənlərlə heç bir əlaqəsi olmadığını iddia etsə də, münaqişənin həlli üçün əlindən gələni edəcəyini bildirib. Birləşmiş Ştatların rəhbəri Ukraynada münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün imkanlarını səfərbər edəcəyini deyib.
"Mən səkkiz müharibəni nizamlamağa nail olmuşam. Düşünürdüm ki, bunu həll etmək ən asanı olacaq. Bəli, bacardığım hər şeyi edəcəyəm", - deyə ABŞ lideri sözlərini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 614 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
11:33 169 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 257 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 156 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 257 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 251 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
18:15 1 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
19:00 1