Alimlər yeni bioloji saatı təqdim etdilər
Beynəlxalq alimlər qrupu qocalma prosesinin öyrənilməsi üçün yeni bir alət təqdim edib. Genlərin fəaliyyətini təhlil edən bu sistem orqanizmin bioloji yaşını və ölüm riskini müəyyən etməyə imkan verir. Tədqiqat müəlliflərinin fikrincə, yeni metod xəstəliklərin, dərmanların və həyat tərzinin qocalma prosesinə təsirinin araşdırılmasında mühüm rol oynaya bilər.
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
İndiyədək bioloji yaşın qiymətləndirilməsi üçün ən geniş istifadə olunan üsullardan biri "epigenetik saatlar" hesab olunurdu. Bu metod yaş artdıqca və müxtəlif stress faktorlarının təsiri altında DNT-də baş verən dəyişiklikləri izləyir. Lakin alimlər hesab edirlər ki, bu yanaşmanın müəyyən məhdudiyyətləri var və buna görə də yeni üsulların hazırlanmasına ehtiyac duyulur.
Yeni sistem isə fərqli prinsiplə işləyir. O, genetik məlumatın həyata keçirilməsində və zülalların sintezində iştirak edən RNT molekullarını analiz etməklə genlərin aktivliyini qiymətləndirir. Yaş artdıqca aktiv və qeyri-aktiv genlərin tərkibi dəyişdiyi üçün bu məlumatlar qocalma prosesinin göstəricisi kimi istifadə oluna bilər.
Modelin yaradılması üçün alimlər insanlardan, makakalardan, siçovullardan və siçanlardan götürülmüş 11 mindən çox toxuma nümunəsini araşdırıblar. Toplanan məlumatlar müxtəlif məməli növlərində qocalmanın ümumi qanunauyğunluqlarını müəyyən etməyə və müxtəlif orqanlarda baş verən dəyişiklikləri müqayisə etməyə imkan verib.
Araşdırma zamanı müəyyən olunub ki, toxumaların bərpası və hüceyrələrin normal bölünməsi ilə əlaqəli genlərin yüksək aktivliyi daha ləng bioloji qocalma ilə bağlıdır. Əksinə, iltihab prosesləri və hüceyrə ölümü ilə əlaqəli genlərin aktivliyinin artması daha sürətli qocalan orqanizmlər üçün xarakterikdir.
Model hazırlandıqdan sonra digər məlumat bazaları üzərində də sınaqdan keçirilib. Nəticələr göstərib ki, yeni alət sürətlənmiş və ya ləngimiş qocalma hallarını müəyyən edə, həmçinin ölüm riski ilə bağlı proqnozlar verə bilir. İnsan qan nümunələrinin təhlili zamanı sistemin ömür uzunluğunu bəzi mövcud epigenetik metodlardan daha dəqiq proqnozlaşdırdığı məlum olub.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yeni "bioloji saat" xroniki xəstəliklərin orqanizmə təsirini də qeydə ala bilir. Bu əlamətlər həm xəstəlik modellərində istifadə olunan heyvanlarda, həm də pasiyentlərin toxumalarında müşahidə olunub.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də qocalmanın əsas əlamətlərinin tədqiqata cəlb olunan dörd növdə oxşar olmasıdır. Bundan başqa, əzələ və qan hüceyrələri də daxil olmaqla müxtəlif hüceyrə tiplərində də bənzər qanunauyğunluqlar qeydə alınıb.
Alimlərin fikrincə, yeni yanaşma qocalmanı ləngitməyə yönəlmiş dərmanların və həyat tərzi dəyişikliklərinin effektivliyini daha sürətli qiymətləndirməyə kömək edə bilər. Bununla belə, onlar metodikanın hələ əlavə tədqiqatlara ehtiyac duyduğunu vurğulayırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 693 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
11:33 169 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 257 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 156 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 257 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 251 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
18:15 1 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
19:00 1