İsrail öz ordusunu Livanın cənubundan çıxarması üçün şərtlərini açıqlayıb

İsrail öz ordusunu Livanın cənubundan çıxarması üçün şərtlərini açıqlayıb"İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını "Hizbullah" təşkilatının silahlı dəstələri tərk-silah edilənədək çıxarmayacaq".

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkələr arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib.

"İsraillə Livan arasındakı çərçivə sazişi bizim üçün təhlükəsizlik sahəsində tarixi hadisə və mühüm siyasi nailiyyətdir. Razılaşmada müəyyən edilən mühüm prinsip ondan ibarətdir ki, Livanın bütün ərazisində "Hizbullah" tərk-silah edilənədək və İsrailin şimalındakı sakinlərin təhlükəsizliyi təmin olunana qədər İsrail qüvvələri Livanın cənubundan çıxarılmayacaq.

İsrail Livandan qoşunlarını çıxarmayıb və Bofor silsiləsi də daxil olmaqla, Livanın cənubunda təhlükəsizlik zonasını saxlayır. Bundan əlavə, SAXAL İsrailin şimalındakı əsgərlərə və yaşayış məntəqələrinə hücumların qarşısını almaq üçün fəaliyyət azadlığını qoruyur", - deyə nazir bildirib.

İsrail müdafiə nazirinin fikrincə, razılaşma, həmçinin İsraili Livandan qoşunlarını çıxarmağa məcbur etməyə çalışan İran üçün "strateji zərbədir". Kats bildirib ki, Livanın gələcəyi artıq İran və "Hizbullah" tərəfindən müəyyən edilməyəcək və İran razılaşmanın icrasına mane olmaq üçün İsrailə hücum etməyə çalışarsa, İsrail buna "böyük güclə" cavab verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hamilə arvadını vedrədə boğub öldürdü

Hindistanda bir kişi hamilə arvadını vəhşicəsinə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, kişi ilə hamiləliyinin altıncı ayında olan 26 yaşlı həyat yoldaşı arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. İstintaqın ilkin məlumatına əsasən, kişi əvvəlcə qadına bir neç

16:00 180
.

Baş nazir: Xorvatiya 2030 ilə qədər müdafiə xərclərini artıracaq

Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən "Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması" adlı paneld

14:20 142
.

Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?

Yaponiyanın "Honda", "Nissan" və "Mitsubishi" şirkətlərinin yeni nəsil modellərində standartlaşdırılmış mühərrik idarəetmə bloklarından ortaq şəkildə istifadə edilə bilər. Bu yolla avtomobil istehsalçıları xərcləri azaltmağa və getdikcə daha da mürəkkəbləşən bazarda rəqabətqabiliyyətliliy

10:40 166
.

Avropada anomal istilər: Parisdə morqlar dolub

"Fransada hökm sürən anomal istilər ölüm hallarının fəlakətli şəkildə artmasına səbəb olub. Parisdə morqlar tam dolub, krematoriyalar isə gələn həftə böyük yüklənməyə hazırlaşır". xəbər verir ki, bu barədə BFMTV telekanalına müsahibəsində "Family Obsèques" dəfn bürosunun direktor

00:31 673
.

Tramp Avropa ölkələrini 100%-lik rüsumlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi qoyan istənilən ölkənin ABŞ-yə ixrac etdiyi mallara 100 faizlik gömrük rüsumu tətbiq etməyə hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar lideri "Truth Social" platformasında paylaşım edib

12:10 160
.

Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi

Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilə

13:40 168
.

Avropadakı dəhşətli istilər Azərbaycana gəlir? - TARİXİ AÇIQLANDI

"Avropa qitəsində müşahidə olunan Sahara və Şimali Afrika mənşəli anomal isti hava dalğaları, subtropik yüksək təzyiq qurşağının meridianal istiqamətdə şimala doğru kəskin genişlənməsinin (bloklayıcı antisiklonların) nəticəsidir. Sinoptik miqyaslı barik sahələrin konfiqurasiyasına əsasən, Avropanı

00:21 382
.

Həkimlərdən xəbərdarlıq: Həddindən artıq qəhvə sağlamlığa zərər verə bilər

Mütəxəssislər bildirirlər ki, qəhvə ölçülü istehlak edildikdə ürək-damar sağlamlığına, beyin funksiyalarına və maddələr mübadiləsinə müsbət təsir göstərə bilər. xəbər verir ki, araşdırmalara görə, gündə 3-5 fincan qəhvə içmək bəzi xroniki xəstəliklərin riskini azalda bilər. Bununla yanaşı, gündə 3-

17:50 86
.

İsrail ordusu HƏMAS-ın keçmiş siyasi büro rəhbərinin qardaşı oğlunu məhv edib

İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin HƏMAS təşkilatının keçmiş siyasi büro rəhbəri İsmayıl Haniyənin qardaşı oğlunun Qəzza zolağında məhv edildiyini açıqlayıb. O, radikal təşkilatın hərbi qanadında fəaliyyət göstərən "Nuhba" bölüyünün komandir müavini olub. xəbər verir ki, bu barədə ordunu

16:10 168
.

TOP MP3