Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA

Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMAAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 1 qəpiklik yumurta ilə bağlı iddiaları cavablandırıb.

BiG.AZ "Yeni Sabah"a istinadən xəbər verir ki, ötən həftənin Cümə günündən etibarən istehlak bazarında 1 və 3 qəpik qiymətində satılan yumurtalarla bağlı sosial şəbəkələrdə inanılmaz iddialar səslənir.

AQTA-nın "Yeni Sabah"ın sorğusuna cavabında qeyd olunur ki, qurum ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparır.

"Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub".

Agentlik əlavə edib ki, vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər.

Xatırlatma: iyunun 22-də Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı bir sıra KİV, habelə sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddiaları ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da sayca ikinci məlumat yayıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər:

"Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət ucuzlaşmasını müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır?

Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil.

Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzr nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV-lər, saytlar da onu yayımlayır".

M.Həsənli bir daha vurğulayır ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir, süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 211   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

TOP MP3