"Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir" - BƏHRUZ QULİYEV

"Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir" - BƏHRUZ QULİYEV"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyenin Azərbaycan və Ermənistana gözlənilən səfəri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi diqqət doğurur. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Avropa İttifaqının regiona dair yeni strateji yanaşmasının göstəricisi kimi qiymətləndirilməlidir.

Nəzərə almaq lazımdır ki, son dövrlərdə Avropa Parlamenti və Avropa Şurasının bəzi strukturlarında Azərbaycana qarşı qərəzli xarakter daşıyan qətnamələr qəbul olunub. Lakin bu siyasi sənədlərlə Avropa Komissiyasının praktik siyasəti arasında müəyyən fərqlər mövcuddur. Çünki Avropa Komissiyası ilk növbədə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi strateji məsələləri ön plana çıxarır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, bu gün Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Xüsusilə, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhlizin inkişafı fonunda Bakının əhəmiyyəti daha da artıb. Məhz buna görə də Avropa İttifaqı siyasi müstəvidə zaman-zaman sərt bəyanatlar versə də, praktiki əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

"Ermənistana səfərin əsas məqsədi isə İrəvanın Avropa ilə inteqrasiyasını daha da gücləndirmək, islahatlara dəstəyi artırmaq və sülh prosesini təşviq etməkdən ibarət olacaq. Bununla yanaşı, Avropa İttifaqı çalışacaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində dialoqun davam etməsinə töhfə versin.

Əgər Ursula fon der Lyenin Bakı səfəri baş tutarsa, əsas müzakirə mövzularının enerji əməkdaşlığı, yaşıl enerji ixracı, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik olacağı gözlənilir. Azərbaycan isə öz növbəsində Avropa ilə münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayacaq.

Burada mühüm məqam ondan ibarətdir ki, bir tərəfdən Azərbaycana qarşı siyasi təzyiq xarakterli qətnamələrin qəbul edilməsi, digər tərəfdən isə Avropa Komissiyasının ən yüksək səviyyədə Bakıya dialoq üçün gəlməsi Brüsselin ikili yanaşmasını nümayiş etdirir. Bu, onu göstərir ki, Avropa İttifaqı siyasi ritorika ilə geosiyasi və iqtisadi maraqlar arasında balans saxlamağa çalışır.

Hesab edirəm ki, Azərbaycan artıq regionun təşəbbüs irəli sürən dövləti kimi öz mövqeyini möhkəmləndirib. Bu gün Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq Azərbaycanın iştirakı olmadan mümkün deyil. Məhz buna görə də Avropa İttifaqı bütün siyasi fikir ayrılıqlarına baxmayaraq Bakı ilə dialoqu davam etdirmək məcburiyyətindədir. Bu səfər də məhz həmin reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 152   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib

Küveytin Xarici İşlər Nazirliyi (XİN) İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib. "Report"un məlumatına görə, bu barədə nazirliyin bəyanatında bildirilir. Bəyanatda vurğulanır ki, Küveyt İranın ölkəyə qarşı "təcavüz aktlarını" "suverenliyinin kobud şəkildə pozulması"

28.06.2026 283
.

Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda neftin bahalaşması müşahidə olunur. xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.22 dollar (0.31%

13:15 115
.

Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan -a verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadənin kompleks müalicəsi davam edir. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığ

13:45 98
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

11:00 192
.

Banklar vətəndaşların etimadını necə bərpa edə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Son günlər bank sektorunda yaşanan texniki nasazlıqlar minlərlə vətəndaşın gündəlik maliyyə əməliyyatlarına mənfi təsir göstərdi. Kart ödənişlərində yaranan problemlər, mobil tətbiqlərə girişdə çətinliklər və bəzi köçürmələrin gecikməsi müştərilər arasında narahatlıq yaradaraq bank sisteminə olan etimad

13:07 142
.

Pakistan Əfqanıstan sərhədində quru əməliyyatı keçirib, 29 döyüşçünü öldürüb

Pakistan təhlükəsizlik qüvvələri bazar günü Pakistan- Əfqanıstan sərhədi boyunca kəşfiyyat məlumatlarına əsaslanan quru əməliyyatı keçirib , ardınca terrorçuların sığınacaqlarına "kalibrlənmiş zərbələr" endirib və 29 döyüşçünü öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Pakistanı

11:52 141
.

Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır

ABŞ-nin Texas ştatında təxminən iki həftə əvvəl özəl rançodan qaçan Qreysi adlı zürafə üçün axtarışlar davam edir. Bu barədə "Report" "HuffPost"a istinadən xəbər verir. Qeyd olunub ki, hətta heyvanın yerini deyə şəxsə 500 dollar mükafat da təklif edilib. Ranço sahibi Vik Consun sözlərin

28.06.2026 252
.

İsrail ordusu Livanın cənubunda 200 metr uzunluğunda terror tunelini dağıdıb

Netanyahu və Katzın açıqlamasına görə, tuneldə yüzlərlə silah və İsrailə raket atılacağı bir neçə şaxta var idi. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz bazar günü gecəsi İsrail Müdafiə Qüvvələrinin Livanda Hizbullahın istifad

11:19 154
.

Britaniyada məhbus xaosu: Məhkumlar niyə vaxtından əvvəl azad ediləcəklər?

Böyük Britaniyanın Ədliyyə Nazirliyi cinayət qurbanlarına artıq yeddi mindən çox bildiriş göndərərək, onların işləri üzrə məhkum olunmuş şəxslərin tezliklə vaxtından əvvəl azadlığa buraxılacağını xəbər verib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri xəbər yayıb. Bildirilib ki, bu addımı

10:30 148
.

TOP MP3