Qrenlandiyadakı vikinqlərin sirri açıldı: Onları məhv edən amil soyuq deyilmiş

Qrenlandiyadakı vikinqlərin sirri açıldı: Onları məhv edən amil soyuq deyilmişQrenlandiyada məskunlaşan vikinqlərin əsrlər əvvəl Şimali Atlantikdəki yaşayış məntəqələrini niyə qəfil tərk etməsi uzun illər alimləri düşündürən suallardan biri olub. İndiyədək onların XV əsrin əvvəllərində kəskin soyuqlar səbəbindən bölgəni tərk etdikləri qəbul edilirdi. Lakin "Science Advances" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, əsas səbəb sərt soyuqlar deyil, uzunmüddətli su qıtlığı olub.

Qaynarinfo xəbər verir ki, tədqiqatçılar əvvəlki araşdırmalardan fərqli olaraq iqlim göstəricilərini uzaq buzlaqlardan deyil, birbaşa vikinqlərin qədim təsərrüfatlarının yerləşdiyi ərazidəki gölün dib çöküntülərindən əldə ediblər. ABŞ-nin Massaçuşetts Amherst Universitetinin alimləri son 2 min ilin iqlim tarixini təhlil edərək müəyyən ediblər ki, vikinqlərin Qrenlandiyada yaşadığı təxminən 400 il ərzində temperaturda ciddi dəyişiklik baş verməyib. Əsas problem yağıntıların azalması və quraqlıq olub.

Quraqlıq təsərrüfatı çökdürüb

Yağıntıların tədricən azalması heyvandarlığa əsaslanan koloniya iqtisadiyyatını ağır vəziyyətə salıb. Qrenlandiyanın sərt qış şəraitində fermerlər mal-qaranı aylarla tövlədə saxlayırdılar. Yaz gəldikdə isə aclıqdan taqətdən düşən heyvanları otlaqlara qucaqlarında aparmaq məcburiyyətində qalırdılar.

Quraqlıq nəticəsində otlaqlar quruyub, ot və saman məhsuldarlığı kəskin azalıb. Bu isə heyvanların qış boyunca yemlə təmin edilməsini demək olar ki, mümkünsüz edib.

Dənizdə artan risklər və ticarətin dayanması

Ərzaq qıtlığı dərinləşdikcə icmanın bir hissəsi dolanışığını təmin etmək üçün açıq dənizdə ovçuluğa üz tutub. Lakin dəniz məməlilərinin ovlanması həm böyük təhlükə yaradır, həm də sabit qida təminatı vermirdi.

Eyni zamanda dəniz buzlarının artması Avropa ilə aparılan ticarəti də demək olar ki, tamamilə iflic edib.

Nəticədə su ehtiyatlarının azalması, iqtisadi tənəzzül və sosial problemlərin birləşməsi vikinqləri eramızın 985-ci ildə saldıqları Şərq Məskənini tamamilə tərk etməyə məcbur edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 127   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BBC Sky News-u ala bilər

ABŞ-ın media nəhəngi Comcast-ın Sky və NBCUniversal aktivlərini ayrıca şirkətə ayırmaq planı fonunda Britaniya mediasında Sky News-un gələcək taleyi ilə bağlı müxtəlif ehtimallar müzakirə olunur. Məlumatlara görə, mümkün ssenarilərdən biri də Sky News-un gələcəkdə BBC tərəfindən alınmasıdır. BİG.AZ Th

30.06.2026 55
.

İspaniyada tikilən hava limanı kabuslar şəhərinə çevrildi

İspaniyada yerləşən Syudad Real Mərkəzi Hava Limanı vaxtilə ölkənin ən iddialı infrastruktur layihələrindən biri hesab olunub. Məqsəd paytaxt Madridin cənubunda yeni hava limanı yaradaraq Baraxas Hava Limanının yükünü azaltmaq, aşağıbüdcəli aviaşirkətləri cəlb etmək və regionu yeni iqtisadi mərkəzə çevirmə

30.06.2026 1
.

AŞPA-da "FETÖ" İZİ: Qardaşlıq ruhuna zidd yanaşmalar narahatlıq doğurur

Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 24-də Azərbaycana qarşı təxribatçı qətnamə qəbul etdi. Düzdür, AŞPA-nın qəbul etdiyi bu "qətnamə" hüquqi qüvvəyə malik deyil. Aydındır ki, "qətnamə" siyasi xarakter daşıyır, ayrı-ayrı mənbələrə və birtərəfl

30.06.2026 1
.

Bu halda 50 min manatadək cərimə olunacaqlar

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək. Axşam.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməs

30.06.2026 212
.

2026-cı il Dünya çempionatı: Manuel Noyerin rekordu

Almaniya millisinin qapıçısı Manuel Noyer Dünya çempionatında 23-cü oyununu keçirərək, bu turnirlərdə ən çox start heyətində yer alan oyunçular arasında rekord qırıb. -ın xarici mediaya istinadən xəbərinə görə, 40 yaşlı qapıçı Paraqvaya qarşı 1/32 final oyununda start heyətində yer alıb. Bu göstəric

30.06.2026 1
.

Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı

Bakcell-in əsas tərəfdaşlığı ilə 27 iyun tarixində keçirilən UFC turniri Bakını qlobal MMA-nın diqqət mərkəzinə çevirib. Turnirin əsas döyüşündə Rafael Fiziyev Manuel Torres üzərində inamlı qələbə qazanaraq azarkeşlərə möhtəşəm performans nümayiş etdirib. Gecənin diqqətçəkən qarşılaşmalarından birind

30.06.2026 156
.

Qətər XİN: Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Qətərdə olduğu təsdiqlənib. "Al Jazeera"nın xəbərinə görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nümayəndələrinin paytaxt Dohada olduğunu, lakin İranla birbaşa danışıqlar aparmayacaqlarını bildirib. Onu

30.06.2026 1
.

Müğənnilikdən kuryerliyə - Unudulan Fərid Məmmədov

2013. Cəmi 5 ildir, "Avroviziya"da iştirak edən Azərbaycan 1 alibiyyət qazanmaqla, 4 dəfə ilk 10-luğa düşməyi bacarıb. 2012-ci ildə Eldar və Nigarın qazandığı qalibiyyətə baxmayaraq, hər il ilk sıralarda qərarlaşmağı qarşısına hədəf qoyan Azərbaycan həmin il bu adla yarışa qatılır - Fərid Məmmədov

30.06.2026 1
.

Azərbaycanda Milli Sevgililər Günüdür

Həyat sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Saf sevgi çox müqəddəs hissdir. Təəssüf ki, sevgi insanı xoşbəxt də edir, bədbəxt də. Elə sevgilər də var ki, həyat onları bir ömür yaşadır. Elə sonsuz eşqlə hüznün vəhdətini özündə birləşdirən Fərizə və İlhamın sevgisi də unudulmayan sevgilərdəndir

30.06.2026 237
.

TOP MP3