Virtual qumarın cəzası ağırlaşdı
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin, layihəyə əsasən, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədilməsinə görə də cəzalar sərtləşdirilir.
Belə ki, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda nəzərdə tutulan əməllər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./ APA
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 122 Tarix: 30 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Milli Sevgililər Günüdür
Həyat sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Saf sevgi çox müqəddəs hissdir. Təəssüf ki, sevgi insanı xoşbəxt də edir, bədbəxt də. Elə sevgilər də var ki, həyat onları bir ömür yaşadır. Elə sonsuz eşqlə hüznün vəhdətini özündə birləşdirən Fərizə və İlhamın sevgisi də unudulmayan sevgilərdəndir
11:34 237 7 marşrutun hərəkət sxemi dəyişdirilir
Paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Bu barəd
16:14 166 Bu halda 50 min manatadək cərimə olunacaqlar
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək. Axşam.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməs
12:09 212 ABŞ-la birbaşa danışıqlara razılaşmayan İran Dohada vasitəçilərlə görüşəcək
ABŞ və İran nümayəndələrinin bu gün Qətərin paytaxtı Doha şəhərində təmaslar keçirməsi gözlənilir. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, lakin Tehran Vaşinqtonla birbaşa danışıqlar aparacağı barədə yayılan məlumatları təkzib edib. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, İran nümayəndə heyət
17:23 104 İmtahan balları artırılarsa kim qazanacaq, kim uduzacaq?
"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında hər zaman geniş müzakirələrə səbəb olan, kifayət qədər həssas və çoxşaxəli bir mövzudur. Bu addımın nə dərəcədə doğru olub-olmamasına qəti şəkildə "bəli" və ya "xeyr" cavab
15:01 171 Zaxarova: Ermənistan AİB-lə Aİ arasında seçimini etməlidir
Ermənistan rəhbərliyi Avrasiya İqtisadi Birliyi-nə üzvlüklə Avropa Birliyi-nə inteqrasiya arasında strateji seçim məsələsinə mümkün qədər tez aydınlıq gətirməlidir. xəbər verir ki, bu barədə Mariya Zaxarova bildirib. Onun bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub. "Bun
11:14 191 Yaşıl iqtisadiyyatın inkişafında ABDF-in rolu və yaşıl investisiyalar
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) ölkədə yaşıl iqtisadiyyatın inkişafına və ekoloji dayanıqlılığın gücləndirilməsinə müxtəlif maliyyə mexanizmləri vasitəsilə töhfə verir. Fond sahibkarların yaşıl biznes modellərinə keçidini təşviq edir və bu məqsədlə bərpa olunan enerji, resurslardan səmərəl
16:38 139 AŞPA-da "FETÖ" İZİ: Qardaşlıq ruhuna zidd yanaşmalar narahatlıq doğurur
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 24-də Azərbaycana qarşı təxribatçı qətnamə qəbul etdi. Düzdür, AŞPA-nın qəbul etdiyi bu "qətnamə" hüquqi qüvvəyə malik deyil. Aydındır ki, "qətnamə" siyasi xarakter daşıyır, ayrı-ayrı mənbələrə və birtərəfl
18:15 1 Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bakcell-in əsas tərəfdaşlığı ilə 27 iyun tarixində keçirilən UFC turniri Bakını qlobal MMA-nın diqqət mərkəzinə çevirib. Turnirin əsas döyüşündə Rafael Fiziyev Manuel Torres üzərində inamlı qələbə qazanaraq azarkeşlərə möhtəşəm performans nümayiş etdirib. Gecənin diqqətçəkən qarşılaşmalarından birind
15:51 156