İspaniyada tikilən hava limanı kabuslar şəhərinə çevrildi

İspaniyada tikilən hava limanı kabuslar şəhərinə çevrildiİspaniyada yerləşən Syudad Real Mərkəzi Hava Limanı vaxtilə ölkənin ən iddialı infrastruktur layihələrindən biri hesab olunub. Məqsəd paytaxt Madridin cənubunda yeni hava limanı yaradaraq Baraxas Hava Limanının yükünü azaltmaq, aşağıbüdcəli aviaşirkətləri cəlb etmək və regionu yeni iqtisadi mərkəzə çevirmək olub. Layihəyə təxminən 1 milyard avro sərmayə qoyulub. Mütəxəssislər hava limanını gələcəyin böyük aviasiya mərkəzlərindən biri hesab ediblər. Hava limanında uzunluğu təxminən 4 kilometr, eni isə 60 metr olan uçuş-eniş zolağı inşa edilib. Bu zolaq dünyanın ən böyük sərnişin təyyarələrindən biri "Erbas A380" təyyarəsini belə qəbul edə biləcək imkanlara malik olub.

Terminalın hər il milyonlarla sərnişinə xidmət göstərməsi planlaşdırılıb. Kompleksdə iri sənaye zonaları da yaradılıb. Layihə kiçik regional hava limanı deyil, İspaniyanın yeni hava nəqliyyatı qapısı kimi nəzərdə tutulub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hava limanı fəaliyyətə başladıqdan az sonra 2008-ci il qlobal maliyyə böhranı baş verib.

Böhran İspaniyada tikinti və investisiya sektoruna ciddi zərbə vurdu. Aviaşirkətlər Syudad Real hava limanında kifayət qədər sərnişin potensialı görməyiblər. Bundan əlavə, hava limanının Madridə nisbətən uzaq məsafədə yerləşməsi də onun populyarlıq qazanmasına mane olub. Rəsmi olaraq paytaxtın alternativi kimi təqdim edilsə də, Baraxas Hava Limanı ilə rəqabət apara bilməyib.

Son sərnişin reysi 2011-ci ildə baş tutub
Bir neçə aviaşirkət burada fəaliyyət göstərsə də, onların heç biri uzun müddət işləyə bilməyib. 2011-ci ilin payızında Vuelinq aviaşirkətinin Syudad Realdan Barselonaya həyata keçirdiyi reys hava limanının son kommersiya uçuşu olub.

Bundan sonra hava limanı fəaliyyətini dayandırıb və iflasa uğrayıb. Beynəlxalq mətbuatda yayılan məlumatlara görə, vaxtilə 1 milyard avro dəyərində qiymətləndirilən bu layihəyə iflas hərracında cəmi 10 min avro təklif edilib.

Yenidən istifadəyə verilsə də, əvvəlki məqsədinə çatmayıb
2019-cu ildə İspaniyanın mülki aviasiya qurumu hava limanının yenidən fəaliyyət göstərməsinə icazə verib. Sonrakı illərdə obyekt əsasən təyyarələrin saxlanılması, texniki xidmət və sənaye məqsədləri üçün istifadə olunmağa başlayıb.

Koronavirus pandemiyası dövründə geniş dayanacaq sahələri sayəsində çoxlu sayda təyyarə burada müvəqqəti saxlanılıb.

Hazırda Syudad Real Mərkəzi Hava Limanı rəsmi olaraq fəaliyyət göstərən hava limanı statusunu qoruyur. Lakin burada əvvəlcədən planlaşdırıldığı kimi sıx beynəlxalq sərnişin axını yoxdur. Hava limanı əsasən özəl təyyarələrə, xüsusi reyslərə və texniki xidmət işlərinə xidmət göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 144   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniyada tikilən hava limanı kabuslar şəhərinə çevrildi

İspaniyada yerləşən Syudad Real Mərkəzi Hava Limanı vaxtilə ölkənin ən iddialı infrastruktur layihələrindən biri hesab olunub. Məqsəd paytaxt Madridin cənubunda yeni hava limanı yaradaraq Baraxas Hava Limanının yükünü azaltmaq, aşağıbüdcəli aviaşirkətləri cəlb etmək və regionu yeni iqtisadi mərkəzə çevirmə

19:45 1
.

7 marşrutun hərəkət sxemi dəyişdirilir

Paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Bu barəd

16:14 166
.

BBC Sky News-u ala bilər

ABŞ-ın media nəhəngi Comcast-ın Sky və NBCUniversal aktivlərini ayrıca şirkətə ayırmaq planı fonunda Britaniya mediasında Sky News-un gələcək taleyi ilə bağlı müxtəlif ehtimallar müzakirə olunur. Məlumatlara görə, mümkün ssenarilərdən biri də Sky News-un gələcəkdə BBC tərəfindən alınmasıdır. BİG.AZ Th

17:43 55
.

NBC ilə Sky telekanalları ayrılır

ABŞ-ın Comcast şirkəti media biznesində böyük restrukturizasiya aparacağını açıqlayıb. Şirkət NBCUniversal və Sky aktivlərini ayrıca, müstəqil ictimai şirkətə ayıracaq. Bununla da Comcast-ın media və əyləncə biznesi internet və telekommunikasiya fəaliyyətindən ayrılacaq. BİG.AZ Associated Press-ə istinadə

11:08 178
.

Azərbaycan builki "Uşaq Avroviziya"da iştirak etməyəcək

Azərbaycan bu ilin oktyabrında Maltada təşkil ediləcək "Uşaq Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcək. "Qafqazinfo" "Eurovoix" portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov təsdiqləyib

10:47 168
.

Virtual qumarın cəzası ağırlaşdı

Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

19:30 1
.

İmtahan balları artırılarsa kim qazanacaq, kim uduzacaq?

"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında hər zaman geniş müzakirələrə səbəb olan, kifayət qədər həssas və çoxşaxəli bir mövzudur. Bu addımın nə dərəcədə doğru olub-olmamasına qəti şəkildə "bəli" və ya "xeyr" cavab

15:01 171
.

Nazir onu idarə rəisi təyin etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə daxili xidmət polkovnik-leytenant

14:32 201
.

Ermənistanın AİB-də iştirakının dayandırılmasının nəticələri qiymətləndiriləcək

Ekspert komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyi-də üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabat hazırlayır. xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə Yerevanın AİB-dəki statusunun dəyişdirilməsinin mümkün nəticələrin

11:33 191
.

TOP MP3