"Yaxın Şərqdə geosiyasi maraqların toqquşması da müharibənin uzanmasına səbəb olur" - BƏHRUZ QULİYEV
"ABŞ ilə İran arasında danışıqların bərpa olunacağı, diplomatik prosesin yenidən aktivləşəcəyi ilə bağlı gözləntilərin yarandığı bir vaxtda Vaşinqton və Təl-Əvivdən səslənən yeni hərbi bəyanatlar göstərir ki, regionda vəziyyət hələ də son dərəcə kövrək olaraq qalır. ABŞ rəsmilərinin atəşkəsin və ya hərbi fasilənin müəyyən beynəlxalq tədbirlərlə, o cümlədən idman yarışları ilə əlaqələndirilməsi barədə açıqlamaları da onu göstərir ki, burada söhbət müharibənin başa çatmasından deyil, yalnız taktiki fasilədən gedir.
Əsas problem ondadır ki, tərəflər arasında qarşılıqlı etimad yoxdur. İran nüvə proqramından geri çəkilmək niyyətində olmadığını bildirir, ABŞ və İsrail isə bunu öz milli təhlükəsizliklərinə birbaşa təhdid hesab edirlər. Məhz bu fundamental ziddiyyət münaqişənin tam şəkildə başa çatmasına mane olan əsas amildir.
Digər tərəfdən, Yaxın Şərqdə geosiyasi maraqların toqquşması da müharibənin uzanmasına səbəb olur." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, burada söhbət təkcə İran və İsraildən getmir. ABŞ, region ölkələri və digər qlobal güclərin maraqları da prosesə ciddi təsir göstərir. Belə şəraitdə hər hansı atəşkəs uzunmüddətli sülh demək deyil və istənilən vaxt yeni hərbi əməliyyatların başlanması ehtimalı yüksək olaraq qalır.
"Düşünürəm ki, hazırkı mərhələdə ən real ssenari odur ki, tərəflər bir müddət hərbi fəallığı azaltsalar da, siyasi razılaşma əldə edilməyənədək gərginlik davam edəcək. Müharibənin tam başa çatması yalnız təhlükəsizlik zəmanətlərini, nüvə proqramını və regional təsir balansını əhatə edən geniş siyasi razılaşma ilə mümkün ola bilər. Əks halda, Yaxın Şərqdə bu qarşıdurma vaxtaşırı alovlanan, lakin tam bitməyən münaqişə kimi qalacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281