Nazirin "təhsildə sistemli korrupsiya yoxdur" açıqlaması nə dərəcədə reallığı əks etdirir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Emin Əmrullayev son müsahibəsində Azərbaycanda təhsil sistemində artıq sistemli korrupsiyanın mövcud olmadığını bildirib. Nazirin sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar, rəqəmsallaşma və şəffaflığın artırılması istiqamətində atılan addımlar korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaldıb.
Lakin bu açıqlama cəmiyyətdə müxtəlif suallar doğurub. Görəsən, təhsil sahəsində sistemli korrupsiya həqiqətən aradan qalxıbmı, yoxsa bəzi problemlər hələ də qalmaqdadır? Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur və nazirin səsləndirdiyi fikirlərin nə dərəcədə reallığı əks etdirdiyi ictimai müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, təhsil naziri Emin Əmrullayevin "təhsildə sistemli korrupsiya yoxdur" deməsi, reallıqda gördüyümüz mənzərə ilə heç cür üst-üstə düşmür. Onun sözlərinə görə, nazirin bu bəyanatı rəsmi rəqəmsallaşma və kağız üzərindəki islahatlar fonunda səslənsə də, məktəblərdəki acınacaqlı vəziyyət bu sözlərin nə qədər qeyri-səmimi olduğunu açıq-aydın göstərir: "Təhsildə korrupsiya təkcə kiminsə cibinə rüşvət qoymaqla bitmir. Əsl sistemli problem elə idarəetmənin özündədir. Baxın, paytaxtın göbəyində olan məktəblərdə illərlə direktor, müavin, təşkilatçı və ya uşaq birliyi rəhbəri kimi əsas vəzifələr boş qalır. Bir nəfəri müvəqqəti təyin edirlər, o da ya iki, ya da üç məktəbi eyni vaxtda idarə etməyə çalışır. İndi siz deyin, bu qədər işin arasında o direktor hansı keyfiyyətdən danışa bilər? Bu, birbaşa idarəetmə böhranıdır. Bu vakansiyaların süni şəkildə boş saxlanılması, kadr təyinatlarının gecikdirilməsi və ya müsahibələrin pedaqoji təcrübəsi olmayan, təhsilin nə olduğunu bilməyən bürokratlar tərəfindən keçirilməsi göstərir ki, görülən işlər əslində sadəcə gözdən pərdə asmaqdır. Müsahibələr obyektiv keçirilsəydi, bu qədər məktəb rəhbərsiz qalmazdı.
Məsələnin bir də maliyyə tərəfi var ki, bu artıq nazirin bütün arqumentlərini yerlə-yeksan edir. Məktəblərə alınan təsərrüfat mallarının qaimə-fakturalardakı qiymətləri ilə bazardakı real qiymətləri tutuşdursan, uçurum görünür. Bu, sadəcə bir inzibati səhv deyil, dövlət vəsaitinin qaranlıq yollarla xərclənməsidir. Belə şəraitdə "korrupsiya yoxdur" demək, həqiqəti gizlətməkdir.
Nəticə olaraq deyə bilərik ki, rəqəmsallaşma adı ilə edilən islahatlar rüşvəti zahirən azaltsa da, sistemin içi hələ də çürükdür. Korrupsiya öz formasını dəyişib, amma məzmunu olduğu kimi qalıb. Məktəblər rəhbərsiz, büdcələr qeyri-şəffaf, kadr siyasəti isə qapalıdır. Təhsildə ciddi islahat istəyirlərsə, müsahibələri real mütəxəssislərə tapşırmalı, vakant yerləri doldurmalı və ən əsası, məktəb büdcələrinə ictimaiyyətin, valideynlərin nəzarət etməsinə imkan verməlidirlər. Nazirin dedikləri ilə sahədəki faktiki durum arasında belə böyük uçurum olduğu müddətcə, nə qədər rəsmi bəyanat versələr də, xalqın bu sistemə inamı bərpa olunmayacaq".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 815 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678