113 il əvvəl aşkar edilmiş məbədin sirri açıldı: Hekateyə aid olduğu təsdiqləndi
Türkiyənin Isparta vilayətinin Yalvaç rayonunda yerləşən Men Müqəddəs Məkanında 113 il əvvəl aparılan qazıntılar zamanı aşkarlanan və uzun illər müxtəlif ehtimallarla əlaqələndirilən qədim məbədin sirrinə aydınlıq gətirilib. Son araşdırmalar nəticəsində tikilinin Hekate ilahəsinə aid olduğu elmi şəkildə təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, qazıntı işlərinin rəhbəri, Mehmet Özhanlı bildirib ki, bu kəşf Anadolu arxeologiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Gemen dağında, Ay tanrısı Menin şərəfinə salınmış müqəddəs məkanda 1912-1913-cü illərdə aparılan qazıntılar zamanı kiçik məbəd aşkarlanmışdı. Həmin dövrdə tikilinin qədim yunan mifologiyasında əkinçilik, bərəkət və məhsuldarlıq ilahəsi hesab olunan Demeteryə aid ola biləcəyi güman edilsə də, bu fikir heç vaxt tam təsdiqlənməmişdi. Buna görə də tikili uzun illər "Kiçik məbəd" adı ilə tanınıb.
Son illərdə aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanan heykəlciklər və relyeflər isə məbədin Hekate kultuna məxsus olduğunu ortaya qoyub.
Mehmet Özhanlı bildirib ki, həm əvvəlki qazıntılar, həm də son tədqiqatlar zamanı Hekate təsvirlərinin tapılması, eləcə də məbədin Ay tanrısı Men kultu ilə əlaqəsi bu nəticəni təsdiqləyən əsas sübutlardır.
Arxeoloqun sözlərinə görə, Hekate qədim Anadolu mənşəli ilahələrdən biri hesab olunur. O, qədim yunan şairi Hesiodnin "Theogonia" əsərində də xatırlanır. Mifologiyada Hekate yerə, göyə və dənizə hökm edən, üç bədənli və üçbaşlı ilahə kimi təsvir edilir. O, həm Ayı, həm də Ayın qaranlıq tərəfini, ölüm və axirət aləmini simvolizə edir.
Mütəxəssislərin fikrincə, məhz buna görə Hekate məbədinin Men müqəddəs məkanında yerləşməsi Demeter kultundan daha məntiqli görünür.
Araşdırmalar zamanı əldə edilən digər tapıntılar da bu qənaəti gücləndirib. Belə ki, Pisidia Antiocheia qədim şəhəri ərazisində əvvəllər aşkar edilmiş iki qurbanlıq it məzarı Hekate kultunun mövcudluğunu təsdiqləyən arxeoloji sübutlardan biri hesab edilir. Mifologiyada Hekate yeraltı aləmin hakimi Hadesin məşhur iti Kerberosla əlaqələndirilir və itin onun müqəddəs heyvanı olduğu qəbul edilir.
Qazıntı rəhbərinin sözlərinə görə, məbədin əsas hissələri - giriş bölməsi, arxa hissəsi və müqəddəs otağı günümüzədək müəyyən dərəcədə qorunub. Burada ilahənin heykəlinin yerləşdiyi səkkizguşəli postament də aşkar edilib. Sonrakı dövrlərdə ərazinin xristianlaşdırılması zamanı tikili dağıdılıb, lakin onun memarlıq elementlərinin bir hissəsi qorunub saxlanılıb. Gələcəkdə həmin daşlardan istifadə edilməklə məbədin qismən bərpası planlaşdırılır.
Mehmet Özhanlı qeyd edib ki, hazırda Türkiyədə Hekate ilahəsinə aid olduğu dəqiq təsdiqlənmiş başqa məbəd məlum deyil. Onun fikrincə, bu kəşf Yalvaç və Antiocheia bölgəsinin turizm potensialının artmasına da mühüm töhfə verəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 740 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna
30.09.2026 168 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
30.09.2026 196 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 155 Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30.09.2026 184 Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA
Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is
30.09.2026 370 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 151 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 Zelenski cəbhə xəttinə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai
30.09.2026 132 İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca
30.09.2026 166