Almaniyanın ən məşhur kafedralına giriş ödənişli oldu

Almaniyanın ən məşhur kafedralına giriş ödənişli olduAlmaniyanın və Avropanın ən məşhur dini-memarlıq abidələrindən biri olan Köln kafedralına giriş artıq ödənişlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Məlumata görə, iyulun 1-dən etibarən kafedralın daxili hissəsini ziyarət etmək istəyənlər 12 avro ödəməli olacaqlar.

Köln kafedralının rəhbərliyi bu qərarı hələ 2026-cı ilin mart ayında açıqlamışdı. Bildirilmişdi ki, ödənişin tətbiq edilməsinin əsas səbəblərindən biri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu tarixi abidənin qorunması və saxlanılması xərclərinin artmasıdır.

Yeni qaydalara əsasən, ödəniş il ərzində əksər günlərdə və ziyarətçilərin böyük əksəriyyətinə şamil olunacaq.

Bununla yanaşı, ibadətə gələnlər şimal girişindən istifadə etməklə kafedralın müəyyən hissələrinə ödənişsiz daxil ola biləcəklər. Giriş bileti alan turistlər isə qərb girişindən daxil olaraq kafedralın bütün daxili hissəsini gəzə biləcəklər.

13 yaşınadək uşaqlar və ağır əlilliyi olan şəxslər üçün giriş ödənişsiz olacaq.

Eyni zamanda, ilin müəyyən günlərində Köln kafedralına giriş bütün ziyarətçilər üçün pulsuz saxlanılacaq. Bunlara 6 yanvar - Epifaniya bayramından sonrakı bazar gününədək olan dövr, 1 May - Əmək Günü, 3 oktyabr - Alman Birliyi Günü, eləcə də sentyabrın sonunda keçirilən Epifaniya ziyarəti günləri daxildir.

Qeyd edək ki, Köln Almaniyanın turistlər arasında ən populyar şəhərlərindən biridir. Şəhər tarixi memarlıq abidələri, muzeyləri, müasir incəsənət məkanları və zəngin gecə həyatı ilə hər il milyonlarla turist cəlb edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.