İsti havalarda qidalanmanın sirri: Nələri yemək, nələrdən uzaq durmaq lazımdır?
"Yay aylarında havanın temperaturu yüksəldikcə orqanizmin enerji və maye tələbatı da dəyişir. Bu səbəbdən ilin isti fəslində qidalanmanın əsas məqsədi orqanizmi ağırlaşdırmadan onu lazımi enerji, vitamin və mineral maddələrlə təmin etməkdir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
O, qeyd edib ki, isti havalarda yağlı, qızardılmış və ağır yeməklərin qəbulu həzm prosesini ləngidir, yorğunluq və halsızlıq hissini artırır. Digər tərəfdən, yalnız salat və meyvə ilə qidalanmaq da sağlam seçim hesab edilmir. Belə qidalanma orqanizmin zülal və enerji ehtiyacını tam qarşılamadığından əzələ kütləsinin azalmasına və arzuolunmaz çəki itkisinə səbəb ola bilər:
"Yay aylarında balanslı qidalanmağı tövsiyə edirlər. Gündəlik rasiona yağsız ət, balıq, toyuq əti, yumurta, süd və süd məhsulları, tam taxıllar, bol tərəvəz və mövsümi meyvələr daxil edilməlidir. Yeməklərin qızardılması əvəzinə qaynadılması, sobada və ya buğda bişirilməsi daha sağlam seçim sayılır. Həmçinin porsiyaların nisbətən kiçik olması həzm sisteminin yükünü azaltmağa kömək edir.
Yay mövsümündə kifayət qədər maye qəbulu xüsusi əhəmiyyət daşıyır. Susuzluq hissini gözləmədən gün ərzində müntəzəm su içmək, şəkərli qazlı və həddindən artıq kofeinli içkilərin qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Tərləmə nəticəsində itirilən maye və mineralların bərpası üçün ayran, şəkərsiz kompot və mineral tərkibli sular da faydalı seçimlər arasındadır.
Bundan əlavə, isti havalarda qidaların hazırlanması və saxlanmasına xüsusi diqqət yetirilməlidir. Hazır yeməklər yüksək temperaturda daha tez xarab olduğundan uzun müddət otaq temperaturunda saxlanılmamalıdır. Xüsusilə ət, süd məhsulları və müxtəlif salatlar mütləq soyuducuda qorunmalıdır.
Bir sözlə, yay aylarında nə həddindən artıq ağır, nə də yalnız yüngül qidalarla qidalanmaq düzgün yanaşmadır. Balanslı və müxtəlif qida rasionı seçmək, kifayət qədər su qəbul etmək, gigiyena qaydalarına əməl etmək və porsiyalara nəzarət etmək həm sağlamlığın qorunmasına, həm də bədən çəkisinin stabil saxlanmasına kömək edir.
Sağlam qidalanın, yayı sağlam və enerjili keçirin!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 582 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678