Rusiyada müharibədən yorğunluq artır, Putin isə "paralel reallıqda" yaşayır - "FT"

Rusiyada müharibədən yorğunluq artır, Putin isə "paralel reallıqda" yaşayır - "FT"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə tam fokuslanıb və yalnız maksimalist şərtlərlə nəticə əldə etməyə çalışır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Nəşrin məlumatına görə, ölkə daxilində artan narazılığa baxmayaraq, Kreml rəhbəri müharibənin Rusiya üçün qələbə ilə bitəcəyini israrla bəyan edir.

Məqalədə qeyd olunur ki, son sorğulara əsasən, Putinə etimad səviyyəsi 69 faizə düşüb ki, bu da 2022-ci ildən bəri ən aşağı göstəricidir. Moskvalı politoloq Andrey Kolesnikov bildirib ki, prezidentin əhali üçün verdiyi arxayınlıq mesajları artıq "mantra" kimi səslənir və reallıqla uzlaşmır.

Ekspertin sözlərinə görə, Putin Ukraynanın atəşkəs təkliflərini rədd etməklə sülh üçün bütün variantlardan imtina edir. O, bunun Kreml liderinin kompromisə getməyəcəyinin göstəricisi olduğunu vurğulayıb.

Kolesnikov həmçinin qeyd edib ki, Rusiya cəmiyyətində müharibədən yorğunluq artıq qəzəbə çevrilir, lakin bu narazılıq açıq şəkildə ifadə oluna bilmir. Onun sözlərinə görə, insanlar internet məhdudiyyətləri və yanacaq qıtlığı kimi problemlərlə "sadəcə yaşamağa çalışırlar".

Məqalədə bildirilir ki, Kreml Putini hakim "Vahid Rusiya" partiyası ilə daha sıx əlaqələndirməyə başlayıb və bu partiya uzun fasilədən sonra yenidən "prezident partiyası" adlandırılıb.

Bəzi analitiklər bu addımı Putinin siyasi təcridinin güclənməsi kimi qiymətləndirirlər. Rusiya blogeri İvan Filippov isə hazırkı vəziyyəti "paralel reallıq" adlandıraraq ölkədə iqtisadi və hərbi böhranın dərinləşdiyini bildirib.

Eyni zamanda, hərbi analitiklər Ukraynanın Rusiya infrastrukturuna zərbələrinin Kreml üçün ciddi risk yaratdığını və müharibənin gedişinə təsir edə biləcəyini qeyd edirlər. Bəzi Qərb nəşrləri isə Putinin hakimiyyətdə qalma müddəti ilə bağlı müxtəlif ssenarilərin müzakirə olunduğunu yazır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meyvə-tərəvəz niyə bahalaşır? Qiymətlərə təsir edən əsas amillər

"Meyvə və tərəvəzin qiymətinin formalaşmasına təsir edən əsas amil məhsuldarlıqdır. Cari qiymətləri əvvəlki illərlə müqayisə etmək üçün ilk növbədə bazara çıxarılan məhsulun həcmini nəzərə almaq lazımdır. Əgər əvvəlki illərlə müqayisədə bazara çıxarılan meyvə və tərəvəzin miqdarı azdırsa, bu, qiymətləri

15:14 217
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

20:54 129
.

Əfqanıstan Pakistana hava hücumlarının edildiyini, İslamabadın isə dronların vurulduğunu bildirdi

Əfqanıstanın Talibanı Pakistan ərazisinə hava hücumları təşkil etdiyini, İslamabad isə qüvvələrinin cənubdakı ehtiyatlarla zəngin Bəlucistan əyalətində dörd ibtidai dronu ələ keçirdiyini və vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, çərşənbə axşamı baş verən danışıqlar Cənubi Asiy

12:24 185
.

The Wall Street Journal: "Tramp İranda tam müharibəyə qayıtmağı düşünür, amma diplomatik səylərə üstünlük verir"

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp son günlərdə İranda tammiqyaslı müharibəyə qayıtmaq üçün variantları nəzərdən keçirib, lakin hazırda bu məsələdə irəliləyiş barədə qərar verməyib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, qəzetə görə

12:48 204
.

Rusiyada müharibədən yorğunluq artır, Putin isə "paralel reallıqda" yaşayır - "FT"

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə tam fokuslanıb və yalnız maksimalist şərtlərlə nəticə əldə etməyə çalışır. xəbər verir ki, bu barədə "Financial Times" yazıb. Nəşrin məlumatına görə, ölkə daxilində artan narazılığa baxmayaraq, Kreml rəhbəri müharibənin Rusiya üçü

21:15 119
.

NASA-dan 600 milyon dollarlıq yeni müqavilələr - Hədəf Aya çatmaqdır

ABŞ-ın NASA agentliyi Ay səthində daimi mövcudluq yaratmaq məqsədilə özəl kosmik şirkətlərə ayrılan maliyyə dəstəyini genişləndirib. Qaynarinfo xəbər verir ki, qurum 2028-ci ilin sonlarında elmi avadanlıqları Ay səthinə çatdıracaq pilotsuz eniş aparatlarının hazırlanması üçün özəl sektora təxminən 60

22:15 37
.

Namus üstündə bibisi qızını qətlə yetirənə 13 İL CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda bibisi qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşiyevn cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. xəbər verir ki

18:15 203
.

Məzunlar iş tapmır - "Tələbələr təcrübəyə göndərilsinlər"

Universitetlər yekunlaşdı, onminlərlə sonuncu kurs tələbələri diplomlarını alıb, əmək bazarına yollanırlar. Bu proses hər il təkrarlanır, lakin narahatedici məqam odur ki, bir ordu qədər gənc təcrübəsizlik səbəbindən özünə, öz ixtisasına uyğun iş tapa bilmir. İşəgötürənlər təcrübəli şəxslərlə işləmə

18:45 167
.

Onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələri açıqlandı (YENİLƏNİB)

Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Belə ki, müsabiqədə 16 ictimai-siyasi qəzet qalib olub. Bundan başqa, MEDİA onlayn media subyektləri üçün elan edilmiş müsabiqəni

13:50 233
.

TOP MP3