Meyvə-tərəvəz niyə bahalaşır? Qiymətlərə təsir edən əsas amillər

Meyvə-tərəvəz niyə bahalaşır? Qiymətlərə təsir edən əsas amillər"Meyvə və tərəvəzin qiymətinin formalaşmasına təsir edən əsas amil məhsuldarlıqdır. Cari qiymətləri əvvəlki illərlə müqayisə etmək üçün ilk növbədə bazara çıxarılan məhsulun həcmini nəzərə almaq lazımdır. Əgər əvvəlki illərlə müqayisədə bazara çıxarılan meyvə və tərəvəzin miqdarı azdırsa, bu, qiymətlərin yüksəlməsinə səbəb olur".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.

O, qeyd edib ki, meyvə-tərəvəz bazarında qiymətlər əsasən tələb və təklif əsasında formalaşır. Başqa sözlə, bu sahədə qiymətləri bazar özü tənzimləyir və hər hansı birbaşa iqtisadi müdaxilə müşahidə olunmur:

"Bununla yanaşı, meyvə və tərəvəzin bahalaşmasına istehsal xərclərinin artması da ciddi təsir göstərir. Əkin, becərmə, suvarma, gübrə, dərman preparatları və işçi qüvvəsinə çəkilən xərclərin yüksəlməsi məhsulun son satış qiymətində öz əksini tapır.

Eyni zamanda, məhsulun istehsal olunduğu ərazilərdən satış bazarlarına daşınması üçün tələb olunan nəqliyyat və logistika xərclərinin artması da qiymət artımını şərtləndirən əsas amillərdən biridir. Bu səbəbdən meyvə və tərəvəz qiymətlərindəki dəyişikliklər həm məhsuldarlıq səviyyəsindən, həm də istehsal və daşınma xərclərindən birbaşa asılıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 134   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meyvə-tərəvəz niyə bahalaşır? Qiymətlərə təsir edən əsas amillər

"Meyvə və tərəvəzin qiymətinin formalaşmasına təsir edən əsas amil məhsuldarlıqdır. Cari qiymətləri əvvəlki illərlə müqayisə etmək üçün ilk növbədə bazara çıxarılan məhsulun həcmini nəzərə almaq lazımdır. Əgər əvvəlki illərlə müqayisədə bazara çıxarılan meyvə və tərəvəzin miqdarı azdırsa, bu, qiymətləri

15:14 131
.

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. xəbər verir ki, Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssislərin sözlərinə görə, oyandıqdan sonra ilk olaraq həyatda baş vermi

30.06.2026 413
.

"Vəsiyyət edirəm, məni teatrın qarşısından son mənzilə yola salın"

Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrına qayıtmaq istəyir. Axşam.az xəbər verir ki, aktrisa bununla bağlı məlumat yayıb. O bildirib ki, tək çalışmaq istədiyi yer AzDrama-dır. M.Xanlarova bununla bağlı teatra və Məfəniyyət Nazirliyinə müraciət etdiyini, amma müsbət cavab ala bilmədiyin

15:35 125
.

Şahdağa qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərin

12:16 140
.

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı (SİYAHI)

İyunun 13-də elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Medianın İnkişafı Agentliyi məlumat yayıb. Qaliblər arasında "Qafqazinfo"nun əməkdaşı Lamiyə Məmmədova da var. Onun "Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərli

14:52 119
.

Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş əsnasında rektor və nazir arasında maraqlı dialoq yaşanıb. Hafiz Paşayev bildirib ki, televiziyadan nazirin çıxışlarını izləyir: "Burada sizinl

16:17 79
.

Kolbasa alarkən nələrə diqqət etməli? Keyfiyyətli məhsulu seçməyin yolları - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bəzi kolbasa və sosiska məhsullarında aparılan laborator müayinələr zamanı məhsulun tərkibində etiketdə göstərilməyən at DNT-sinin aşkarlandığını açıqlaması istehlakçılar arasında narahatlıq yaradıb. AQTA-nın məlumatına görə, yoxlanıla

11:17 199
.

"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb. BİG.AZ report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Şəhla Kamilov

13:47 213
.

ABŞ ordusu zəlzələyə görə Venesuelaya 900-dən çox hərbçi göndərib

ABŞ ordusu Venesuelada və ətrafında yardım əməliyyatlarını dəstəkləmək üçün ABŞ qüvvələrindən güclü bir komanda yaradıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ölkə daxilində 900-dən çox, Karib mərkəzləri olan Puerto-Riko və Kyurasaoda isə təxminən 800 nəfər var. Bu barədə Reuters agentliyinə ABŞ-ı

12:30 172
.

TOP MP3