Məzunlar iş tapmır - "Tələbələr təcrübəyə göndərilsinlər"

Məzunlar iş tapmır - "Tələbələr təcrübəyə göndərilsinlər"Universitetlər yekunlaşdı, onminlərlə sonuncu kurs tələbələri diplomlarını alıb, əmək bazarına yollanırlar. Bu proses hər il təkrarlanır, lakin narahatedici məqam odur ki, bir ordu qədər gənc təcrübəsizlik səbəbindən özünə, öz ixtisasına uyğun iş tapa bilmir. İşəgötürənlər təcrübəli şəxslərlə işləmək istədikləri üçün yeni məzunların bir çoxu yenə də kənarda qalırlar.

Bəs illərdir davam edən bu problemin həll yolu nədir? Savadlı gənclərin işlə təminatına necə şərait yaratmaq lazımdır? Bu kimin öhdəliyindədir?

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu məsələdə yeganə çıxış yolu universitetlərin işəgötürənlərlə əməkdaşlıq qurmasıdır:

"Mən dəfələrlə bu məsələni qaldırmışam. Tələbələr iş təcrübəsi ilə bağlı zaman-zaman müxtəlif problemlər yaşayırlar. Bu məsələdə yeganə çıxış yolu universitetlərin işəgötürənlərlə əməkdaşlıq qurmasıdır. Lakin davamlı olaraq tərəflərin bir-birini ittiham etdiyinin şahidi oluruq.

Məsələnin mahiyyəti ondadır ki, məzunun heç bir təcrübəsi yoxdursa, işəgötürən onu niyə əməkdaş kimi qəbul etməlidir? Universitetlərin işəgötürənlərlə əlaqələri, birgə layihələri olsa, bu problem həllini tapar. Təəssüf ki, hazırda bu istiqamətdə ciddi addımlar atılmır, ona görə də tələbələr universiteti bitirəndən sonra iş tapmaqda çətinlik çəkirlər.

Mən düşünürəm ki, universitetdə tədris iki istiqamətdə olmalıdır. Tələbələr günün bir hissəsini universitetdə, digər hissəsini isə ixtisaslarına uyğun iş yerlərində - məktəbdə, zavodda, fabrikdə, xəstəxanada və s olmalıdırlar. Əminəm ki, bu sistem qurulsa, gənclərimiz əziyyət çəkməzlər. İşəgötürənlərin təcrübə istəmələri təbii prosesdir. Burada qarşı tərəfi də günahlandırmaq düzgün deyil. Çünki onlar da təcrübəli insanları işə götürməyə çalışırlar. Bir sözlə, tələbələrin universitetdən sonra iş mühitinə asanlıqla düşmələri üçün universitetlərin bu sistemə uyğunlaşması lazımdır.

Dövlət Məşğulluq Agentliyi insanları işlə təmin etmək üçün müəyyən addımlar atsa da, məsələnin tam həlli universitetdən başlayır. Tələbə hələ məzun olmamışdan əvvəl təcrübəyə sahib olmalıdır ki, universiteti bitirəndən sonra müəyyən qədər iş təcrübəsi olsun".

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında qeyd edib ki, üçüncü kursdan etibarən tələbələr təcrübəyə göndərilməli, onlara əməkhaqqı verilməlidir:

"Tələbələr məzun olduqdan sonra iş yerlərinə müraciət edəndə onlardan müəyyən təcrübə tələb olunur. Düşünürəm ki, universitetlər tədris ili müddətində tələbələrinə bu sahədə imkan yaratmalıdırlar. Mən hər zaman təklif edirəm ki, üçüncü kursdan etibarən tələbələr təcrübəyə göndərilsinlər, həmin dövrdə onlara əməkhaqqı hesablansın, eləcə də əmək kitabçalarında təcrübə keçmələri ilə bağlı qeyd aparılsın. Belə olduqda onlar hərhansısa iş yerinə müraciət edəndə onların bir-iki il təcrübələri olsun.

Hər il onminlərlə gənc məzun olub, əmək bazarına buraxılır. Pedaqoji istiqamətdə təhsil alanlar müəllimlərin işə qəbulu üzrə, bəziləri isə dövlət qulluğu imtahanına hazırlaşıb, qəbul olurlar. Lakin onlar ümumi məzunların müəyyən faizini təşkil edirlər. Kifayət qədər iş tapa bilməyən gənclər var. Problemin həllinə ilk növbədə universitetlər maraqlı olmalıdırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 604   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.