Dəniz niyə hər il can alır? - "Qaydaları pozanlar cərimələnsin"

Dəniz niyə hər il can alır? - "Qaydaları pozanlar cərimələnsin"Qış fəslində dəm qazları can aldığı kimi yayda bu yeri çimərliklər tutur. Hər il onlarla insan dənizdə, göldə, çayda, arxda və kanallarda boğulur, dünyasını dəyişir.

Bəs görəsən, bu faciələrin sayı niyə azalmır? Boğulmanın əsas səbəbləri nədir? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlərə ehtiyac var?

Təhlükəsizlik eksperti Orxan Musayev Lent.az-a açıqlamasında bildirib ki, çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir:

"Qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə gəlirlər. Dəniz diqqəti cəlb edən istirahət məkanı olsa da, bu gözəllik qəfil anda təhlükəyə çevirilə bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərini unudurlar. Təəssüf ki, hələ də spirtli içki qəbul edib, suya daxil olmaq, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək adi davranış hesab olunur.

İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki o çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları fəaliyyət göstərirlər. Hərhansısa hadisə baş verdikdə onlar çevik müdaxilə edə bilirlər. Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığına görə fövqaladə halda insan həyatını xilas etmək mümkün olmur.

Dənizə girməmişdən əvvəl dalğaların hündürlüyü, hava şəraiti, küləyin gücü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə, meteoroloji amillərin təsiri ucbatından özlərini itirə bilirlər. Maarifləndirici və təbliğat xarakterli işlər daha da dərinləşdirilməlidir. İnsanlar təkcə dalğa var, üzmək olmaz kimi xəbərdarlıqlara yox, bu dalğaların insan bədəninə təsirini, axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə baş verən proseslərdən xəbərdar olmalıdırlar.

İnsanlar tərəfindən çimərliklərdə qaydaların pozulmasına görə, həm ictimai qınaq, həm də inzibati cərimə tədbirləri olmalıdır. Boğulma hadisələrinin çoxu saniyələr içində səssiz formada baş verir. Boğulan insan qışqıra bilmir, suyun altında batır. Hər il bu kimi faciələrin təkrarlanmasına səbəb ehtiyatsızlıq və heç nə olmaz düşüncəsidir. Bu düşüncədən qurtulmalıyıq".

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Lent.az-a açıqlamasında qeyd edib ki, çimərliklərdəki təhlükəsizliyin beş qızıl qaydası var:

"Yay aylarında çimərliklərdə təhlükəsizlik qaydalarına mütləq ciddi riayət etmək lazımdır. Təkcə dəniz və ya göl yox, həmçinin su anbarlarında, su hövzələrində, çaylarda və kanallarda, arxlarda da diqqətli olmaq lazımdır. Əvvəla, çimmək üçün nəzərdə tutulan yerlərə getmək lazımdır. Digər ərazilər insan həyatı üçün birbaşa təhlükə mənbəyidir. Xəzər dənizinin də hər tərəfi çimmək üçün nəzərdə tutulmayıb.

Çimmək üçün nəzərdə tutulan yerlərdə xilasetmə xidmətləri fəaliyyət göstərirlər. Çimilə biləcək yerlərə müvafiq qurumlar tərəfindən baxış keçirilir. Burada suyun dibinin akvatoriyasından tutmuş sualtı axınların, suyun dibinin relyefi, fiziki-kimyəvi-bakterioloji vəziyyət öyrəniləndən sonra çimməyə icazə verilib-verilməyəcəyi müəyyən edilir. Bu qədər ciddi proseslərdən sonra icazə verilirsə, icazə olmayan yerlərdə çimməyin nə dərəcədə təhlükəli olduğunu düşünmək lazımdır.

Çimərlikdə təhlükəsizliklə bağlı qızıl qaydalar var: əlverişsiz hava şəraitində çimərliyə getməmək, spirtli içki təsiri ilə çimməmək, üzmə sərhədlərini keçməmək, uşaqları nəzarətsiz buraxmamaq və xilasetmə xidməti olmayan yerlərdə çimməmək. Bu beş qızıl qaydaya əməl etməklə çimərlikdə rahat və təhlükəsiz istirahət təşkil etmək olmaz. Əlverişsiz hava şəraitini çoxları düzgün başa düşmür. Əgər küləyin surəti saatda 10-12 km-dən çoxdursa, çimərliyə getmək olmaz.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən verilən statistikalara əsasən nazirliyin nəzarət etdiyi ərazilərdə bir nəfərin belə, boğulma halı qeydə alınmayıb. Bu, bir daha onu deməyə əsas verir ki, həmin çimərliklər daha təhlükəsizdir.

Dünyada çimərliklər və sularda təhlükəsizlik məsələsiylə bağlı tədbir görülür. Hər il dünyada dörd yüz minə yaxın insan suda boğularaq dünyasını dəyişir. Bu hadisələrin 96%-i nəzarətsiz çimərliklərin, 70%-dən çoxu isə əlverişsiz hava şəraitinin payına düşür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 591   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

30.09.2026 168
.

Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər

"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür

30.09.2026 196
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 155
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30.09.2026 184
.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

30.09.2026 370
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 132
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30.09.2026 166
.