Azərbaycanda İslam bankçılığı niyə hələ də tətbiq olunmur? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda İslam bankçılığının tətbiqi illərdir iqtisadi və maliyyə dairələrində müzakirə olunan mövzulardan biridir. Faizsiz maliyyələşmə prinsiplərinə əsaslanan bu modelin həm yerli bazara yeni investisiyalar cəlb edə, həm də vətəndaşlara alternativ maliyyə xidmətləri təqdim edə biləcəyi qeyd olunsa da, indiyədək ölkədə genişmiqyaslı tətbiqi reallaşmayıb.
Son dövrlərdə isə qanunvericiliyin təkmilləşdirilməsi və "İslam pəncərəsi" modeli üzrə ilk addımların atılması bu istiqamətdə yeni mərhələnin başlanacağından xəbər verir. Bəs İslam bankçılığının tam tətbiqini indiyədək hansı amillər ləngidib, bu sistem Azərbaycan iqtisadiyyatına hansı üstünlükləri və riskləri vəd edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, məncə, ölkədə islam bankçılığının hələ də tam şəkildə tətbiq olunmamasının əsas səbəbi hüquqi və maliyyə sisteminin buna tam uyğunlaşdırılmamasıdır. Onun sözlərinə görə, mövcud bank qanunvericiliyi əsasən ənənəvi faiz əsaslı bankçılıq modeli üzərində qurulub: "İslam bankçılığı isə mənfəət və zərərin bölüşdürülməsi, faizdən imtina kimi fərqli prinsiplərə əsaslandığı üçün ayrıca hüquqi tənzimləmə və nəzarət mexanizmləri tələb edir. Bundan əlavə, bankların bu sahədə kifayət qədər təcrübəyə malik olmaması, ixtisaslı kadr çatışmazlığı və yeni maliyyə məhsullarının hazırlanmasının müəyyən risklər yaratması da tətbiqi ləngidən amillərdəndir.
Digər tərəfdən, dövlət və maliyyə qurumları iqtisadi sabitliyi qorumaq məqsədilə yeni sistemə keçid zamanı ehtiyatlı davranırlar.
Bununla yanaşı, cəmiyyətdə islam bankçılığına maraq olsa da, bu sahə haqqında məlumatlılıq səviyyəsi hələ də yüksək deyil. İnsanların və sahibkarların bu modelin işləmə prinsiplərini kifayət qədər bilməməsi də tələbin tam formalaşmasına mane olur. Bütün bu amillər birgə şəkildə islam bankçılığının ölkədə geniş tətbiqini gecikdirir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 03 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində ABŞ administrasiyasının fəallığı diqqət çəkir" - BƏHRUZ QULİYEV
"ABŞ-ın Müstəqillik Gününün və dövlətçiliyinin 250 illik yubileyi təkcə Amerika xalqı üçün deyil, beynəlxalq münasibətlər sistemi baxımından da mühüm siyasi əhəmiyyət daşıyan bir tarixdir. Bu gün ABŞ qlobal siyasətin aparıcı aktorlarından biri olaraq müxtəlif regionlarda təhlükəsizlik, iqtisad
11:25 100 Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat
02.07.2026 315 Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
Avstraliya təbiəti, iqlimi və qeyri-adi infrastruktur həlləri ilə dünyanın ən maraqlı ölkələrindən biri hesab olunur. Bu ölkəyə ilk dəfə səfər edənlərin diqqətini çəkən qəribə obyektlərdən biri də səhralıq ərazilərdə yolların kənarında quraşdırılmış iki metrlik şaquli ölçü reykalarıdır. Qaynarinfo xəbə
02.07.2026 325 Tramp Almaniya, Böyük Britaniya və İtaliyanı hədəf aldı
ABŞ prezidenti Donald Tramp Almaniyanın NATO çərçivəsində müdafiə xərclərini "gülünc" adlandırıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Handelsblatt nəşri Ağ Ev rəhbərinin açıqlamasını yayıb. Tramp Almaniya ilə yanaşı, Böyük Britaniya və İtaliyanın da NATO çərçivəsində müdafi
11:36 86 Sabah geomaqnit qasırğası olacaq
İyulun 3-də geomaqnit qasırğasının baş verməsi gözlənilir. Bu barədə Axşam.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, iyulun 4-də isə qasırğanın bir az zəifləyərək davam edəcəyi proqnozlaşdırılır
02.07.2026 289 2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
02.07.2026 289 Bakıda DƏHŞƏT: 83 yaşlı kişinin bıçaqlanmış meyiti tapıldı
Bakıda müəmmalı ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1943-cü il təvəllüdlü İsmayıl Yusifovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Hadisənin motivi məlum deyil. Araşdırma aparılır
02.07.2026 304 Nüvə silahına görə Konstitusiyasını dəyişir
Litva Prezidenti Qitanas Nauseda bəyan edib ki, ölkə konstitusiyasından nüvə silahının yerləşdirilməsinə qoyulan qadağa çıxarıla bilər. xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, "gələcəkdə yeni şəraitin yaranacağı təqdirdə" Vilnüsün heç bir məhdudiyyətlə qarşılaşmamas
02.07.2026 263 İsrail Qəzza zolağında HƏMAS hədəflərinə zərbələr endirib
İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus olduğu bildirilən bir sıra hədəflərə hava zərbələri endirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı HƏMAS-ın hərbi infrastruktur obyektləri və silahlı qruplaşmanın fəaliyyət göstərdiyi iddia edilə
02.07.2026 287