Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəziləri illərlə azadlıqdan məhrum edildi, bəziləri isə inzibati həbs cəzası aldı.

Qaynarinfo "Yeni Sabah" son illərdə həbs olunan məşhur qadınların siyahısını və onların hansı səbəbdən həbs edildiklərini araşdırıb:

2026 - Bloqer İlduzə Hacıyeva (Arzum 9999)

Sosial mediada "Arzum 9999" adı ilə tanınan bloger İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə mühakimə olundu. Ötən gün məhkəmə onu 5 il 2 ay müddətinə azadlıqdan məhrum etdi. İş üzrə müəyyən edildi ki, qəza nəticəsində bir nəfər həyatını itirib. Hökm ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

2025 - Rəqsanə İsmayılova

Müğənni Rəqsanə İsmayılova 16 avqust 2025-ci ildə Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaqın məlumatına görə, o, iki zərərçəkmişə məxsus ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra ifaçı ev dustaqlığına buraxıldı

2025 - Dəniz Əsədova

Müğənni Dəniz Əsədova xüsusi ittiham qaydasında baxılan cinayət işi üzrə məhkəmə prosesində ötən il həbs edilib. O, məhkəmə zalındaca qandallanaraq Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilmişdi.

2025 - Günay Əliyeva

Sosial media fenomeni Günay Əliyeva əxlaqsızlığın təbliği və təşkilinə dair cinayət işi çərçivəsində saxlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, bu iş üzrə həbs olunan bir neçə sosial media fenomenindən biri idi. Hadisə həmin vaxt sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.

2025 - Quanna Quliyeva

Bloger Quanna Quliyeva da eyni cinayət işi üzrə həbs edilən məşhurlardan idi. İstintaq onun sosial şəbəkə fəaliyyəti ilə bağlı irəli sürülən ittihamları araşdırıb və onun barəsində həbs qətimkan tədbiri seçmişdi. İş uzun müddət medianın diqqətində qaldı.

2025 - Nurdan Yusifova

Sosial media istifadəçisi Nurdan Yusifova da eyni əməliyyat zamanı saxlanılan şəxslərdən idi. O, cinayət işi çərçivəsində həbs olunmuşdu. İttihamlar əxlaqsızlığın təşkili və təbliği ilə bağlı idi. Onun işi digər fenomenlərlə birlikdə araşdırılmışdı.

2024 - Çelsi Baxşıyeva

Sosial media fenomeni Çelsi Baxşıyeva inzibati xəta törətməkdə təqsirli bilinərək 30 sutka inzibati həbs almışdı. Ona qarşı xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri tətbiq edilmişdi. O, 30 sutkalıq inzibati həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb və sosial şəbəkələrdə fəaliyyətini bərpa edib.

2024 - Arzuxanım Həsənova

Müğənni Arzuxanım Həsənova 2024-cü ildə narkotik vasitədən istifadə ilə bağlı əməliyyat məlumatı əsasında polis tərəfindən saxlanılıb. Təyin edilən ekspertizanın nəticələrinə əsasən, onun qanında psixotrop maddə - metamfetamin aşkar edildiyi bildirilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona əvvəlcə 15 sutka inzibati həbs təyin etsə də, ictimai mövqeyi və ailə vəziyyəti nəzərə alınaraq cəza 5 sutka inzibati həbslə əvəz olunub.

2023 - Təranə Səmədova

Prodüser Təranə Səmədova insan alveri və qadınları cinsi istismara cəlb etmə ittihamı ilə həbs edildi. Məhkəmə onu təqsirli bilərək azadlıqdan məhrum edib. Bu, onun barəsində qaldırılan ilk cinayət işi deyildi, bundan əvvəl də o insan alverinə görə cəza almışdı. Məhkəmənin hökmü ilə o, 2023-cü ildə 6 il azadlıqdan məhrum edilib.

2017 - Fədayə Laçın

Müğənni Fədayə Laçın Bakı-Astara qatarından qaçan məhbusların qaçışına kömək etməkdə ittiham olunub. O, həbs edilərək istintaqa cəlb edilmişdi. Sonradan məhkəmə ona 5 il azadlıqdan məhrumetmə cəzası verdi, daha sonra cəzası azaldıldı. 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi. Sonradan mühafizə altından qaçan Əli Ağami həbs olunmuş, Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülmüşdü. Fədayə Laçın "Qoca" ilə sevgi münasibətində idi. Bu hadisə Azərbaycan şou-biznesinin ən səs-küylü cinayət işlərindən biri hesab olunur.

2015 - Maral Tahirqızı

Müğənni Maral Tahirqızı əxlaqsızlıq yuvası təşkil etmək ittihamı ilə saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Bir müddət sonra cəzasının qalan hissəsindən şərti olaraq azad edilərək buraxılmışdı.

2013 - Gülər Əhmədova

Keçmiş deputat Gülər Əhmədova deputat mandatının satılması ilə bağlı qalmaqallı cinayət işi üzrə həbs olunmuşdu. O, dələduzluq və nüfuz alverində təqsirli bilinərək məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir müddət sonra cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz olundu və o, azadlığa buraxıldı. Bu iş uzun müddət Azərbaycanın ən çox müzakirə olunan siyasi qalmaqallarından biri oldu.

2000-ci illər - Dinarə Məmmədova

İki dəfə "Miss Azerbaijan" titulunu qazanan keçmiş model Dinarə Məmmədova hazırda Rusiyada qadın həbsxanasında cəza çəkir. O, dələduzluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasını çəkib, hazırda o, azadlıqdadırş Dinarə Məmmədova 2003-cü ildə, 17 yaşında "Miss Azerbaijan" seçilib, daha sonra ikinci dəfə eyni titulun sahibi olub və "Miss Avropa" müsabiqəsinə dəvət alıb. Onun sözlərinə görə, Rusiyada ortağına etibar etməsi nəticəsində adından istifadə olunub, geri qayıtdıqda isə barəsində çoxsaylı şikayətlər verildiyini öyrənib və cinayət işi üzrə həbs edilmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 975   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30.09.2026 179
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30.09.2026 161
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

30.09.2026 318
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30.09.2026 112
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30.09.2026 166
.

Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər

"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür

30.09.2026 196
.

Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya

Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"

30.09.2026 177
.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

30.09.2026 168
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

30.09.2026 235
.