Supermarket almaları təhlükəlidirmi?
Supermarketdən alınan almalar sağlam qida hesab olunsa da, onların satışdan əvvəl keçdiyi emal prosesi bəzi suallar yaradır. Avstraliyalı qastroenteroloq Pol Frums mağazalarda satılan almaları niyə yemədiyini və bunun səbəblərini izah edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alma təbii olaraq nazik mum təbəqəsi ifraz edir. Bu təbəqə meyvəni qurumaqdan və xarab olmaqdan qoruyur. Lakin sənaye emalı zamanı almalar yaxşıca yuyulduğu üçün bu təbii qoruyucu qat da aradan qalxır. Bunun əvəzini çıxmaq və məhsulun saxlanma müddətini uzatmaq üçün almaların üzərinə çox vaxt süni qida mumu çəkilir.
Süni mumun yaratdığı risk nədir?
Həkimin fikrincə, əsas problem mumun özü deyil, onun altında qala bilən pestisid və insektisid qalıqlarıdır. Süni mum bu maddələrin meyvənin səthində qalmasına səbəb ola bilər və onları adi su ilə tam təmizləmək çətinləşir.
Pol Frums bunu nümayiş etdirmək üçün supermarketdən aldığı almanın üzərindəki qalın mum qatını bıçaqla təmizləyərək göstərib. O bildirib ki, insanların çoxu almanı qabığı ilə birlikdə yeyir. Halbuki həmin qabığın üzərində süni mum qatı ola bilər.
Bəs alma qabığını yemək olmaz?
Qastroenteroloq vurğulayır ki, almanın qabığı çox faydalıdır. Lifin, polifenolların və bağırsaq üçün faydalı olan bir çox qida maddəsinin böyük hissəsi məhz qabıqda yerləşir. Bu maddələr faydalı bağırsaq bakteriyalarını qidalandırır və bağırsaq divarının sağlam fəaliyyətini dəstəkləyir. Lakin supermarketdən alınan almaları yeyərkən ehtiyatlı olmaq tövsiyə olunur.
Mütəxəssis nə məsləhət görür?
Əgər supermarketdən alma alırsınızsa, həkim onu qabığını soyaraq yeməyi daha təhlükəsiz hesab edir. Onun sözlərinə görə, imkan olduqda üzərinə mum və kimyəvi maddələr çəkilməyən, ekoloji üsulla yetişdirilmiş orqanik almaları seçmək daha məqsədəuyğundur. Belə almalar qabığı ilə birlikdə rahatlıqla yeyilə bilər.
Mum qatını necə təmizləmək olar?
Mütəxəssislər bildirirlər ki, mağazadan alınan almaların üzərindəki mum təbəqəsini azaltmaq üçün meyvəni ilıq axar su altında mətbəx fırçası və ya yumşaq süngərlə diqqətlə təmizləmək olar. Əgər mum qatı qalındırsa, nəm parçaya bir neçə damcı adi süfrə sirkəsi tökərək almanın qabığını dairəvi hərəkətlərlə silmək, sonra isə meyvəni təmiz su ilə yaxşıca yumaq tövsiyə edilir.
Qeyd edək ki, bəzi ölkələrdə istehlakçıların narahatlığını nəzərə alaraq iri pərakəndə satış şəbəkələri almaların süni mumla örtülməsindən mərhələli şəkildə imtina etməyə başlayıblar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 376 Tarix: 03 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30.09.2026 184 Baş məşqçi: Favorit Azərbaycan millisidir
Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun
30.09.2026 153 Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30.09.2026 191 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
30.09.2026 318 Bu məşhurların narkotik testinin nəticələri açıqlandı
Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda
30.09.2026 215 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
30.09.2026 170 Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30.09.2026 161 Futbol klubunun prezidenti başından güllələndi
"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll
30.09.2026 168 ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
30.09.2026 248