Vitkoff və Kuşner zərurət yaranarsa, Rusiya və Ukraynaya səfər etməyə hazırdır

Vitkoff və Kuşner zərurət yaranarsa, Rusiya və Ukraynaya səfər etməyə hazırdırABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı demək olar ki, hər gün hər iki ölkənin rəsmi nümayəndələri ilə təmas saxlayırlar.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Qəzetin yazdığına görə, Ağ Evin nümayəndələri indiyədək həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə bir sıra üzbəüz görüşlər keçiriblər. Mənbələrin bildirdiyinə əsasən, danışıqlar prosesinin növbəti mərhələsinin müzakirəsi üçün ehtiyac yaranacağı təqdirdə Stiv Vitkoff və Cared Kuşnerin Rusiyaya və ya Ukraynaya səfər etməyə hazır olduqları qeyd olunur.

Məlumatda bildirilir ki, Yaxın Şərqdə vəziyyətin nisbətən sabitləşməsindən sonra Vitkoffla Kuşnerin Ukrayna üzrə vasitəçilik missiyasına yenidən qoşula biləcəyi barədə son dövrlərdə bir neçə dəfə məlumat yayılıb. Bununla belə, mümkün səfərlərin vaxtı və marşrutu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Stiv Vitkoff son aylarda Donald Tramp administrasiyasının əsas diplomatik emissarlarından biri kimi həm Yaxın Şərq, həm də Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda fəal iştirak edir. Cared Kuşner isə Trampın əvvəlki prezidentliyi dövründə Yaxın Şərq diplomatiyasında mühüm rol oynayıb və son vaxtlar onun yenidən qeyri-rəsmi diplomatik təşəbbüslərə cəlb oluna biləcəyi barədə məlumatlar yayılır. Hələlik nə Ağ Ev, nə də Rusiya və Ukrayna tərəfi bu məlumatı rəsmi şəkildə təsdiqləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin gəlinindən zərif - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva yeni fotolar paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Alenann qatıldığı tədbirlərdən birində lentə alınıb. Alena Əliyevanın sözügedən paylaşımını təqdim edirik:

16:22 390
.

Şəkidə 5 nəfəri it dişlədi

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. BİG.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşl

13:26 221
.

Seda Sayan Xoşqədəm Hidayətqızını belə qarşıladı - FOTO

Xoşqədəm Hidayətqızı əri Doğuşla birlikdə Seda Sayanın proqramında qonaq olub. "Yeni Sabah" xəbər verir ki, verilişdən sonra aparıcı sosial şəbəkə hesabında paylaşım edib. O, Türkiyədə qarşılaşdığı diqqət və sevgidən bəhs edib, Seda Sayanla bir araya gəlməkdən məmnunluğunu ifadə edib: Seza

20:45 134
.

İşəgötürən işçinin xəbəri olmadan əmək müqaviləsini dəyişə bilərmi?

"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələbləri gözlənilməklə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa

12:17 223
.

İsrail Xameneyinin dəfn mərasiminə hücum planı hazırlayır

İsrailin İranın ali dini lideri Əli Xameneyinin dəfn mərasimi zamanı hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilir. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hücumun nə vaxt gerçəkləşdiriləcəyi hələlik açıqlanmayıb. İsrailin məqsədi İranın yüksək rütbəli dövlət rəsmilərini məhv etməkdir. Müəllif

15:52 227
.

Vitkoff və Kuşner zərurət yaranarsa, Rusiya və Ukraynaya səfər etməyə hazırdır

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı demək olar ki, hər gün hər iki ölkənin rəsmi nümayəndələri ilə təmas saxlayırlar. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşr

21:30 53
.

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb. Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzal

11:01 202
.

Moldovanın baş naziri Muntyanu istefa verib

Moldovanın Baş naziri Aleksandru Muntyanu cümə günü gözlənilməz bir açıqlama ilə istefa verdiyini bildirib və bu, hökumətin istefasına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, 2025-ci ilin noyabr ayından bəri Avropa Birliyinə namizəd ölkənin baş naziri vəzifəsində çalışan Munteanu qərar

14:38 185
.

Abşeronda çimərliyi çəyirtkələr basdı - Video

Abşeron rayonu ərazisindəki çimərliyə çəyirtkələr axın edib. -ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər yay aylarında sakinlərin ən çox üz tutduğu Novxanı çimərliyində qeydə alınıb. Kadrlarda çəyirtkələrin sahildəki zibillərin, şezlonqların üzərində gəzməsi yer alıb

14:08 215
.

TOP MP3