Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyiÖlümlə nəticələnən avtomobil qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinən tiktoker İlduzə Hacıyevanın ("Arzum") həbsi iki gündür gündəmdən düşmür. Bu gün isə sözügedən qəzada həlak olan Amal Məlikovun vaxtilə narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair yayılan məhkəmə sənədləri müzakirələri yenidən alovlandırıb. Həmin hökmün surəti paylaşılaraq, Amalın qəza zamanı da narkotik vasitənin təsiri altında ola biləcəyi iddia edilir.

"Qafqazinfo" məsələ geniş müzakirə mövzusuna çevrildiyindən hər cür şübhəyə aydınlıq gətirmək məqsədilə qəzanın baş verdiyi gün Amalın narkotik vasitə və ya spirtli içki qəbul edib-etmədiyini araşdırıb. Sözsüz ki, bu suala cavab verən ən mötəbər sənəd isə məhkəmə-tibbi ekspertizasının rəyidir.

Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, yol-nəqliyyat hadisəsi zamanı həlak olan Amal Məlikovun qanında nə spirt, nə də narkotik vasitə aşkar edilib.

Rəydə bu barədə konkret olaraq belə qeyd olunur:

"Mərhum A.M.Məlikovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredici maddələr aşkar edilməmişdir".

Məhkəmə isə hökmü Azərbaycan Respublikası adından çıxarır. Hakim hökm qəbul edərkən emosiyalara deyil, iş üzrə toplanmış sübutlara, ekspert rəylərinə və digər araşdırılmış materiallara əsaslanır. Tərəflərdən hər hansı biri hökmlə razılaşmadıqda isə qanun ona apellyasiya instansiyasına müraciət etmək hüququ verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 160   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI

Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin artması fonunda pensiya məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs mövcud iqtisadi şərait nəzərə alınaraq orta pensiyanın əlavə şəkildə artırılması mümkündürmü?. Mövzu ilə bağlı -a danışan iqtisadçı Xalid Kərimli bildiri

04.07.2026 227
.

"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq

İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı

04.07.2026 171
.

Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü

Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl

04.07.2026 243
.

Trampın Amerikada müstəqillik günü ilə bağlı çıxışı: "Biz İranı tamamilə məhv etdik"

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə keçirilən mərasimdə Körfəzdəki müharibəyə toxunaraq dedi: "Biz İranı tamamilə məhv etdik". BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, Cənubi Dakotadakı Raşmor dağının qarşısında çıxış edən prezident əlav

04.07.2026 216
.

ABŞ-də anomal istilər səbəbindən Müstəqillik Günü tədbirləri təxirə salındı

ABŞ-nin mərkəzi və şərq ştatlarını cənginə alan anomal istilər ölkənin Müstəqillik Gününə həsr edilmiş kütləvi tədbirlərin keçirilməsinə mane olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Yüksək temperatur səbəbindən Vaşinqton və onlarla digər şəhərlərin rəhbərliyi ənənəvi bayra

04.07.2026 169
.

Bazar gününə plan qurun - 34° isti olacaq

İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl

04.07.2026 192
.

Bank kartından istifadə ilə bağlı YENİ VƏZİYYƏT: MƏHDUDLAŞDIRILACAQ?

Son dövrlərdə bank kartları ilə bağlı yaşanan problemlər, o cümlədən kartlardan vəsaitin əsassız silinməsi, köçürmə əməliyyatlarından sonra kartların bloklanması və bank sistemlərində baş verən texniki nasazlıqlar elektron ödənişlərə olan etimada mənfi təsir göstərib. Xüsusilə son texniki problem nağdsı

00:11 69
.

Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - VACİB DETALLAR AÇIQLANDI

Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtında

00:09 72
.

Azərbaycanda bir qrup şəxsə YENİ MƏNZİLLƏR VERİLƏCƏK

Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb. Həyata keçirilən tədbirlərin davam

00:13 62
.

TOP MP3