XƏBƏRDARLIQ: Bakıya doğru gəlir - ELƏ İSTİLƏR OLACAQ Kİ...

XƏBƏRDARLIQ: Bakıya doğru gəlir - ELƏ İSTİLƏR OLACAQ Kİ...Avropada baş verən istiləşmə nəticəsində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi Avropa qitəsi, xüsusilə Şərqi və Şimali Avropa ölkələri üçün qeyri-adi göstəricisidir. Bu, birbaşa iqlim dəyişikliklərinin nəticəsidir, eyni zamanda hazırda Avropa qitəsi üzərində yaranan yüksək təzyiq və istilik nəticəsində formalaşan istilik qübbəsinin təsiridir.

Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, bu qübbə Günəşdən gələn istiliyin geri qayıtmasını çətinləşdirir və temperaturun yüksək səviyyədə saxlanmasına şərait yaradır:

"Son məlumata görə, xeyli insan bu istilərdən zərər çəkib. Çünki Avropada bu cür istilər son 40-50 ildə müşahidə olunmayıb.

Bildiyimiz kimi, yanacaq ehtiyatlarının istifadəsi nəticəsində karbon dioksid və digər emissiya qazları atmosferdə toplanaraq istixana effekti yaradır. Bu da istiləşmənin əsas səbəblərindən biridir. Nəticədə buzlaqların əriməsi baş verir və Yer kürəsinin orta temperaturu təxminən 1,5 dərəcə artıb. Bu, BMT-nin iqlim dəyişmələri üzrə hesabatlarında da qeyd olunub və artımın 2 dərəcəyə yaxınlaşdığı bildirilir. Bu proses də yanacaq istifadəsinin artması ilə bağlıdır".

Ekoloq hesab edir ki, bunun Azərbaycana da təsirləri var:

"Həmin isti hava kütlələri, yəni atmosferin yuxarı qatlarında yaranan yüksək təzyiq və istilik effekti tədricən Cənubi Qafqaza doğru hərəkət etməyə başlayıb. Bir müddətdən sonra bunun təsirlərini Azərbaycanda da görəcəyik və anomal hava şəraitinin baş verməsi gözlənilir.

Burada Afrika üzərindən hərəkət edən siklonlar həm Avropaya, həm də Cənubi Qafqaza istiqamətlənərək Türkiyə və Aralıq dənizi üzərindən bölgədə temperaturun yüksəlməsinə təsir göstərəcək. Bütün bunlar Xəzər dənizinin səth sularının qızmasına və buxarlanmanın artmasına səbəb olacaq. Bu da öz növbəsində havanın temperaturunun daha da yüksəlməsinə təsir göstərəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 112   Tarix: 05 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 yaşlı yeniyetmə isə həyatını itirib. APA-ya istinadən partlayışın baş vermə anının görüntülərini təqdim edirik

04.07.2026 394
.

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirib. Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild

04.07.2026 176
.

Azərbaycanda ən çox BU XƏSTƏLİK CAN ALIR

Azərbaycanda əhali arasında qeydə alınan ölüm hallarının əsas səbəbləri məlum olub. Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyi və TƏBİB-in rəsmi hesabatlarına istinadən aparılan təhlillər göstərir ki, ölkədə ölüm göstəricilərində müsbət dinamika - azalma meyli müşahidə olunsa da, bəzi xəstəliklə

00:15 111
.

Bazarlarda meyvə və tərəvəz UCUZLAŞDI: Yeşiyi 1 manat

Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər. Bəs ən çox hansı məhsullar ucuzlaşıb?. BİG.AZ milliaz-

00:19 89
.

Leninqraddakı Vısotsk limanının ərazisinə Ukrayna PUA-larının qalıqları düşüb

Rusiyanın Leninqrad vilayətindəki Vısotsk limanının ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqları düşüb. "Report" xəbər verir ki, bu barədə özünün teleqram kanalında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib. "Leninqrad vilayəti üzərində düşmənin 6

04.07.2026 122
.

Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı

Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. BİG.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild

04.07.2026 197
.

Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundur

Azərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkəyə çıxışlarına məhdudiyyətlər qoyulması məqsədəuyğun addımdır. Bunu "Report"a açıqlamasında sosioloq Nail Cəlil deyib. Onun sözlərinə görə, rəqəmsal mühit, sosial şəbəkə günün reallığıdır:. "Dünyanın bir çox ölkələrində məhz sosia

04.07.2026 161
.

Zorla ərə vermək istədilər, sevgilisi ilə Tbilisiyə qaçdı, əmisi oğlu tərəfindən öldürüldü - 21 yaşlı Fatimənin qətlinin DETALLARI

Gürcüstanda Azərbaycan vətəndaşı, 28.10.2005-ci il təvəllüdlü Fatimə Kərimovanın qətli ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, hadisə iyunun 27-də Tbilisi şəhəri, Yevqen

04.07.2026 307
.

VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA

Məlum olduğu kimi, Azərbaycanda 1 iyul 2026-cı il tarixindən etibarən qadınların pensiya yaşı da 65 yaşa çatdırılıb. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün yaşa görə əmək pensiyasına çıxmaq hüququ 65 yaşda yaranır. Məlumat üçün bildirək ki, qadınların pensiya yaşı son 12 ildə mərhələli şəkild

00:50 41
.

TOP MP3