Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - VACİB DETALLAR AÇIQLANDI
Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtından əvvəl müxtəlif məqsədlər üçün yararlanmasına hüquqi zəmin yaradılır.
Bəs analoji təcrübənin ölkəmizdə də tətbiq edilməsi nə dərəcədə realdır? Azərbaycanda mövcud olan pensiya modeli və qanunvericilik bazası vətəndaşlara öz yığımlarını vaxtından əvvəl, yaxud pensiya yaşı çatan kimi birdəfəlik götürməyə imkan verirmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, nəzəri olaraq belə bir sistemin tətbiqi mümkündür. Amma onun sözlərinə görə, hazırda ölkə qanunvericiliyində bu, nəzərdə tutulmayıb. Müsahibimiz bildirib ki, Azərbaycan fərqli bir pensiya sistemini əsas götürüb - həmrəylik prinsipi:
"Yəni indiki işləyənlər hazırda pensiyada olan şəxslərin pensiyasını ödəyirlər. Çatışmayan vəsait isə dövlət büdcəsindən qarşılanır. Ölkədəki mövcud vəziyyət belədir ki, hazırda işləyənlərin pensiya fonduna etdiyi rüsumlardan tutulan məbləğlər indiki pensiyaçıların pensiyasını tam təmin etməyə çatmır. Qalan hissəni dövlət özü ödəməlidir. Ona görə də hələ bizdə elə bir dayanıqlı pensiya sistemi və pensiya artıqlığı (profisiti) yoxdur ki, kimsə pensiyaya çıxmamışdan qabaq öz pensiyasını geri götürə bilsin".
Xalid Kərimli: İndiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da
Ekspertin dediyinə görə, gələcəkdə alternativ modellərin yaradılması planlaşdırılır:
"Hazırda "Özəl pensiya fondları haqqında" qanunun çıxarılması barədə fikirləşirlər. Kim istəyirsə, əlavə ödəniş eləməklə gələcəkdə bu fondlardan yararlana biləcək. Hələ ki qanun qüvvəyə minməyib. Yalnız o zaman özəl pensiya fondlarında, pensiyaya çıxmamışdan qabaq vəsaitin idarə olunması ilə bağlı müəyyən şərtlər qoyula bilər".
"Şəxs dünyasını dəyişəndə vəsaitin varisliyə keçməsi və ya pensiyaya çıxanda indiki sistemdən fərqli olaraq daha çevik şəkildə istifadə edilməsi mexanizmləri reallaşa bilər. Lakin indiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da", - deyə Xaliq Kərimli əlavə edib.\\bakivaxtı.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 103 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 yaşlı yeniyetmə isə həyatını itirib. APA-ya istinadən partlayışın baş vermə anının görüntülərini təqdim edirik
04.07.2026 394 Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirib. Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild
04.07.2026 176 Azərbaycanda ən çox BU XƏSTƏLİK CAN ALIR
Azərbaycanda əhali arasında qeydə alınan ölüm hallarının əsas səbəbləri məlum olub. Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyi və TƏBİB-in rəsmi hesabatlarına istinadən aparılan təhlillər göstərir ki, ölkədə ölüm göstəricilərində müsbət dinamika - azalma meyli müşahidə olunsa da, bəzi xəstəliklə
00:15 111 Bazarlarda meyvə və tərəvəz UCUZLAŞDI: Yeşiyi 1 manat
Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər. Bəs ən çox hansı məhsullar ucuzlaşıb?. BİG.AZ milliaz-
00:19 89 Leninqraddakı Vısotsk limanının ərazisinə Ukrayna PUA-larının qalıqları düşüb
Rusiyanın Leninqrad vilayətindəki Vısotsk limanının ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqları düşüb. "Report" xəbər verir ki, bu barədə özünün teleqram kanalında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib. "Leninqrad vilayəti üzərində düşmənin 6
04.07.2026 122 Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. BİG.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild
04.07.2026 197 Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundur
Azərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkəyə çıxışlarına məhdudiyyətlər qoyulması məqsədəuyğun addımdır. Bunu "Report"a açıqlamasında sosioloq Nail Cəlil deyib. Onun sözlərinə görə, rəqəmsal mühit, sosial şəbəkə günün reallığıdır:. "Dünyanın bir çox ölkələrində məhz sosia
04.07.2026 161 Zorla ərə vermək istədilər, sevgilisi ilə Tbilisiyə qaçdı, əmisi oğlu tərəfindən öldürüldü - 21 yaşlı Fatimənin qətlinin DETALLARI
Gürcüstanda Azərbaycan vətəndaşı, 28.10.2005-ci il təvəllüdlü Fatimə Kərimovanın qətli ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, hadisə iyunun 27-də Tbilisi şəhəri, Yevqen
04.07.2026 307 VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
Məlum olduğu kimi, Azərbaycanda 1 iyul 2026-cı il tarixindən etibarən qadınların pensiya yaşı da 65 yaşa çatdırılıb. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün yaşa görə əmək pensiyasına çıxmaq hüququ 65 yaşda yaranır. Məlumat üçün bildirək ki, qadınların pensiya yaşı son 12 ildə mərhələli şəkild
00:50 41