Tezliklə maaşlar artırıla bilər - ŞAD XƏBƏR
Son illər Azərbaycanda maaşların artırılması ilə bağlı qərarlar qəbul edilsə də, əhalinin böyük hissəsi hesab edir ki, gəlirlərin artım tempi bahalaşmanı tam kompensasiya etmir. Xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin bahalaşması fonunda əməkhaqlarının yenidən artırılması məsələsi tez-tez gündəmə gəlir.
Mövcud iqtisadi göstəricilər fonunda Azərbaycanda yaxın dövrdə minimum əməkhaqqının artırılması real görünürmü?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova 2026-cı il üçün büdcə sənədlərində minimum əməkhaqqının 400 manat səviyyəsində saxlanılması nəzərdə tutulduğunu bildirib:
"Bu da yaxın perspektivdə artımın planlaşdırılmadığını göstərir. Lakin, qanunvericilik minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, iqtisadi şərait, inflyasiya və xüsusilə, gündəlik xərclərin bahalaşması fonunda hökumət ildə bir neçə dəfə artım barədə qərar verə bilər. Fikrimcə, mövcud inflyasiya və yaşayış xərclərinin dinamikası onu göstərir ki, minimum əməkhaqqına ildə bir dəfə deyil, ən azı iki dəfə yenidən baxılması daha məqsədəuyğun olardı".
İqtisadçı bildirib ki, qiymətlər il ərzində davamlı dəyişdiyi halda, əməkhaqqının yalnız bir dəfə artırılması əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etmir:
"Əməkhaqqının inflyasiya göstəricilərinə uyğun olaraq hər altı aydan bir indeksləşdirilməsi sosial baxımdan daha ədalətli yanaşma hesab edilə bilər. Əks halda nominal maaş artsa da, real gəlirlər azalmaqda davam edir. Son illərə baxsaq, minimum əməkhaqqı müəyyən dövrlərdə 15-20 faiz artırılsa da, eyni müddətdə bir sıra əsas istehlak malları və xidmətlər üzrə qiymət artımı daha yüksək olub.
Məsələn, minimum əməkhaqqı hazırda 400 manatdır. İllik inflyasiyanı ən az 5 faiz götürsək, ilin ortasına qədər bu maaşın real alıcılıq qabiliyyəti təxminən 20 manat azalmış olacaq. Hələ ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir. Məsələn, ərzaq inflyasiyası ən az 7-8% səviyyəsində olarsa, aşağı gəlirli ailələrin faktiki itkiləri daha da artacaq".
Vüsalə Əhmədovanın sözlərinə görə, minimum əməkhaqqının hər altı aydan bir indeksləşdirilməsi daha effektiv mexanizmdir:
"Məsələn, 400 manatlıq minimum əməkhaqqı ilin əvvəlində 10 faiz artırılaraq 440 manata, ilin ikinci yarısında isə inflyasiyanın davam etməsi nəzərə alınaraq əlavə 10-12 faiz artırılaraq təxminən 485-500 manata çatdırıla bilər. Bundan əlavə, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti təxminən 36 faiz təşkil edir. Halbuki Avropa ölkələrinin əksəriyyətində bu göstərici 45-50 faiz intervalındadır. Fransa, Portuqaliya, Sloveniya kimi ölkələrdə hətta 50 faizdən yuxarıdır".
İqtisadçı bildirib ki, AB ölkələrində minimum əməkhaqqı daha yüksək sosial müdafiə təmin edir:
"Avropa İttifaqının Minimum Əməkhaqqı Direktivi"ndə konkret faiz müəyyən edilməsə də, minimum əməkhaqqının adekvatlığı qiymətləndirilərkən, minimum əməkhaqqının orta əməkhaqqının təxminən 50 faizinə və ya median əməkhaqqının 60 faizinə yaxın olması kimi istinad göstəricilərindən istifadə etmək tövsiyə edilir. Bu, aşağı gəlirli əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm hesab olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 151 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
30.09.2026 196 Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30.09.2026 161 İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı
Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"
30.09.2026 153 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
30.09.2026 318 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb
30.09.2026 168 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
30.09.2026 167 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30.09.2026 222 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268