Britaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir.
Oxu.Az "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması və zabitlərin cəbhə xətti boyunca sürətli hərəkətinin təmin edilməsidir.
Məlumata görə, "Vertical Aerospace" startapı 2030-cu ildən etibarən seriya istehsalına başlamağı planlaşdırdığı "Valo" adlı elektrik uçuş aparatını Böyük Britaniya və ABŞ-nin müdafiə qurumlarına təqdim edib.
Şirkətin bildirdiyinə görə, şaquli qalxma və enmə imkanına malik "Valo" modeli müəyyən dəyişikliklərdən sonra hibrid mühərriklə təchiz edilərək hərbi logistikada istifadə oluna bilər. Bundan əlavə, aparatın Kral Donanmasının gəmiləri arasında şəxsi heyətin daşınmasında da tətbiqi nəzərdə tutulur.
İstehsalçılar "Valo"nun əsas üstünlükləri kimi səssiz işləməsini, avtonom idarəetmə imkanını və batareyalarının ön cəbhədə enerji mənbəyi kimi istifadə oluna bilməsini göstərirlər.
Şirkətin məlumatına əsasən, bu tip uçuş aparatlarının istismarı helikopterlərlə müqayisədə xeyli ucuz başa gəlir. Belə ki, "Valo"nun istismar xərci təxminən 1 200-1 500 ABŞ dolları təşkil etdiyi halda, helikopterlər üçün bu göstərici təxminən 10 min ABŞ dollarıdır.
"Valo"nun uçuş məsafəsi təxminən 1 600 kilometr, yükdaşıma qabiliyyəti isə 1.2 tondur. Şirkət ildə 900 belə aparat istehsal etməyi planlaşdırır.
Bununla yanaşı, prototipin bəzi sınaqlarının hələ tamamlanmadığı və sertifikatlaşdırma prosesi ilə bağlı müəyyən risklərin qaldığı bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 619 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı
Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib
30.09.2026 161 Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna
30.09.2026 168 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb
30.09.2026 168 Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?
Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad
30.09.2026 165 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
30.09.2026 255 50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar
O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd
30.09.2026 184 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 MegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30.09.2026 222 ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
30.09.2026 164