Qarpız və yemiş alarkən bunlara diqqət edin - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Yay mövsümünün ən çox istehlak edilən meyvələri arasında qarpız və yemiş xüsusi yer tutur. İsti havalarda sərinlədici və qidalandırıcı xüsusiyyətlərinə görə bu məhsullara tələbat əhəmiyyətli dərəcədə artır. Lakin qarpız və yemiş seçərkən yalnız görünüşə və ya qiymətə diqqət yetirmək kifayət deyil.
Məhsulun təzəliyi, saxlanma şəraiti, bütövlüyü və qida təhlükəsizliyi baxımından bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. Bəs istehlakçılar qarpız və yemiş alarkən hansı məqamlara diqqət etməlidirlər ki, həm keyfiyyətli məhsul seçsinlər, həm də sağlamlıqlarını riskə atmasınlar?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, qarpız və yemişin satışına yayın əvvəlindən başlanılsa da, onların təbii yetişmə dövrü iqlim və yetişdirilmə şəraitindən asılı olaraq əsasən iyulun ikinci yarısından başlayır və avqust ayında daha geniş yayılır. Onun sözlərinə görə, bu dövrdə bazara çıxarılan məhsulların təbii yolla yetişmə ehtimalı daha yüksək olur: "Bununla belə, satışa erkən çıxarılan hər qarpız və ya yemişi təhlükəli hesab etmək də düzgün deyil. Hazırda istixanalarda və fərqli bölgələrdə yetişdirilən məhsullar da satışa təqdim oluna bilər. İstehlakçılar qarpız və yemiş alarkən ilk növbədə məhsulun xarici görünüşünə diqqət etməlidirlər. Qabığında dərin çatlar, əziklər, çürümə əlamətləri və ya kif olmamalıdır. Kəsilmiş halda açıq havada satılan qarpız və yemişlərin alınması isə tövsiyə edilmir. Çünki kəsildikdən sonra onların səthində bakteriyalar sürətlə çoxala bilər, xüsusilə də isti havalarda bu, qida zəhərlənməsi riskini artırır.
Məhsulu aldıqdan sonra evdə yaxşı yumaq da vacibdir. Bir çox insan qarpız və yemişin yalnız iç hissəsini yediyi üçün qabığını yumur hesab etmir. Halbuki bıçaq kəsərkən qabığın üzərindəki mikroorqanizmlər meyvənin içinə keçə bilər.
Eyni zamanda, qarpız və yemişdən həddindən artıq istifadə etmək də düzgün deyil. Xüsusilə şəkərli diabeti, böyrək xəstəlikləri və ya kalium məhdudiyyəti olan şəxslər bu məhsulları həkim və ya dietoloqun tövsiyəsinə uyğun miqdarda istehlak etməlidirlər.
Yəni əsas meyar təkcə təqvim deyil. Məhsulun harada və necə yetişdirilməsi, saxlanma şəraiti, gigiyenik qaydalara əməl olunması və düzgün seçim istehlakçı sağlamlığı baxımından daha böyük əhəmiyyət daşıyır.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 750 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı
Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib
30.09.2026 161 Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna
30.09.2026 168 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb
30.09.2026 168 Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?
Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad
30.09.2026 165 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
30.09.2026 255 50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar
O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd
30.09.2026 184 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 MegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30.09.2026 222 ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
30.09.2026 164