Fərdi ev tikmək istəyənlərə VACİB XƏBƏR: Bu hallarda icazə tələb olunmur

Fərdi ev tikmək istəyənlərə VACİB XƏBƏR: Bu hallarda icazə tələb olunmur"Vətəndaş mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində, onun təyinatına uyğun olaraq tikinti apara bilər. Fərdi yaşayış evinin inşası üçün torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aid olmalıdır".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasınınüzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, qanunvericiliyə əsasən, yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, hündürlüyü 12 metri keçməyən (hündürlük birinci yerüstü mərtəbənin döşəməsinin üst səviyyəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək hesablanır) və aşırımlarının uzunluğu 6 metrdən artıq olmayan fərdi yaşayış evlərinin tikintisi üçün tikintiyə icazə tələb olunmur. Bu hallarda məlumatlandırma icraatı tətbiq edilir:

"Bu zaman tikinti layihəsində yalnız zirzəmi (olduqda), mərtəbələr, dam örtüyü planları, kəsiklər, fasadlar, eləcə də tikinti ərazisinin baş planı hazırlanmalıdır.

Layihələr yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyaya malik hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlana bilər. Layihələndirmə xidməti ödənişlidir və xidmət haqqı tikinti obyektinin sahəsindən, yerləşdiyi ərazidən, həmçinin layihənin təcili və ya standart müddətdə hazırlanmasından asılı olaraq dəyişir.

Tikinti obyektinin istismarına icazənin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə "Dövlət rüsumu haqqında" Qanuna əsasən 60 manat dövlət rüsumu ödənilir.

Bundan əlavə, qanunvericilikdə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı da rüsumlar müəyyən edilib. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 50 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (texniki pasport və planölçü) verilməsinə görə isə 75 manat dövlət rüsumu tutulur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp amili Avropanın Türkiyə siyasətini dəyişir

Avropanın NATO üzrə müttəfiqləri ABŞ Prezidenti Donald Trampın alyansın kollektiv müdafiəsinə sadiqliyi ilə bağlı yaranan şübhələr fonunda Türkiyə ilə hərbi əməkdaşlığa münasibətlərini yenidən nəzərdən keçirməyə başlayıblar. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirili

10:55 164
.

Tramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"

ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman

05.07.2026 282
.

Nəriman Həsənzadə hələ də reanimasiyadadır

Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır. Bu barədə "Qafqazinfo"ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib. "Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabi

13:44 160
.

Zərdabda su arxında meyit tapılıb

Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm

05.07.2026 270
.

Paşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır

Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların

05.07.2026 312
.

Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı

Baş Prokurorluq Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfində

11:44 226
.

"Arzum" yenidən hakim qarşısına çıxarılacaq

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Bu barədə -a təqsirləndirilən bloqerin vəkili Hikmət Əliyev məlumat verib. Vəkilin bildirdiyinə görə, İlduz

12:04 322
.

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü - ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. "Qafazinfo" xəbər verir ki, qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, Şərur rayon sakini Rəşad Məmmədo

10:48 298
.

Bu da Tarkanın yeni imici - Foto

Türk müğənni Tarkan bu dəfə imic dəyişikliyi ilə gündəmə gəlib. OLAY yazır ki, "Megastar" saçlarını xeyli qısaldaraq yeni görünüşünü sosial şəbəkə hesabında paylaşıb. Yeni görünüşünü izləyiciləri ilə bölüşən Tarkan izləyicilərinə "Bu arada konsertdə səhnədən enən kimi kulisdə yay üçü

15:34 122
.

TOP MP3