Avropa Birliyinin Cənubi Qafqaza ayırdığı 200 milyon avro Azərbaycana nə qazandıracaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Avropa Birliyinin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantının gücləndirilməsi məqsədilə 200 milyon avro həcmində qrant ayıracağını açıqlaması regionun iqtisadi gələcəyi ilə bağlı yeni gözləntilər yaradıb. Təşəbbüsün əsas hədəfi sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi olsa da, bu vəsaitdən Azərbaycanın hansı istiqamətlərdə faydalana biləcəyi xüsusi maraq doğurur.
Bəs ayrılacaq maliyyə dəstəyi ölkəmiz üçün hansı yeni imkanlar yaradacaq, infrastruktur və iqtisadi inkişaf baxımından hansı üstünlüklər vəd edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Avropa Birliyinin Cənubi Qafqaza ayıracağı investisiyanın Azərbaycana təsiri ilk növbədə vəsaitin hansı layihələrə yönəldilməsindən asılı olacaq. Əgər maliyyə nəqliyyat, logistika, enerji, rəqəmsallaşma, kənd təsərrüfatı və kiçik sahibkarlığın inkişafı kimi sahələrə yönəldilərsə, bu, iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və infrastrukturun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, xüsusilə regional nəqliyyat dəhlizləri və enerji layihələri Azərbaycanın tranzit və ixrac imkanlarını daha da gücləndirə bilər: "Bu cür investisiyalar həm də yeni texnologiyaların tətbiqini, biznes mühitinin təkmilləşdirilməsini və xarici investorların marağının artmasını təşviq edə bilər. Avropa maliyyəsi ilə həyata keçirilən layihələr yerli müəssisələrin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə və rəqabət qabiliyyətinin yüksəlməsinə də dəstək verə bilər.
Bununla yanaşı, Azərbaycanın bu vəsaitdən nə dərəcədə faydalanacağı ayrılan maliyyənin bölgü mexanizmindən, təqdim olunacaq layihələrin keyfiyyətindən və onların səmərəli icrasından asılı olacaq. İnvestisiyalar iqtisadi baxımdan əsaslandırılmış və uzunmüddətli inkişaf hədəflərinə uyğun istiqamətləndirilərsə, onların ölkə iqtisadiyyatına müsbət təsiri daha davamlı ola bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 592 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 155 Baş məşqçi: Favorit Azərbaycan millisidir
Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun
30.09.2026 153 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 132 Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas
30.09.2026 276 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30.09.2026 222 Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə
30.09.2026 137 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
30.09.2026 170 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 151 Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı
Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila
30.09.2026 233