Əmək bazarının yeni çağırışları: Peşə təhsilində dəyişən prioritetlər

Əmək bazarının yeni çağırışları: Peşə təhsilində dəyişən prioritetlər"XXI əsr sürətli yenilikləri, köklü dəyişiklikləri və amansız rəqabəti ilə bəşər tarixinin ən mühüm inkişaf mərhələlərindən biri kimi tarixə düşür. Bu əsrə qədəm qoyduğumuz gündən yeni texnologiyaların sürətli inkişafına, qlobal rəqəmsallaşma prosesinə və insan zəkasının təntənəsi sayılan tibbi kəşflərə şahidlik edirik".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, lakin bu inkişaf xətti hamar deyil. Paralel olaraq bəşəriyyət ciddi ekoloji problemlər və dərin psixoloji çağırışlarla da üz-üzədir. Məhz bu dəyişikliklər fonunda ehtimal etmək olar ki, gələcəyin peşə xəritəsi əsasən aşağıdakı istiqamətlər üzrə formalaşacaq:

"Gen mühəndisliyi və biotexnologiya;
Robototexnika və süni intellekt;
Klinik və rəqəmsal psixologiya;
Ekologiya və yaşıl energetika;
Kosmik sənaye və mühəndislik.

Bu qlobal çağırışların fonunda yerli tələbələrimizin rəqəmsal dizayn, aşpazlıq, İT və texniki peşələr üzrə dünya gəncləri ilə eyni səviyyədə yarışmasına imkan yaradan WorldSkills platforması ölkəmizdə peşə standartlarının beynəlxalq səviyyədə tanınmasının ən mühüm göstəricilərindən birinə çevrilir.

Bu gün dünyanın ən sürətlə inkişaf edən və sərhəd tanımayan sahəsi texnologiyadır. Proqramçılar, veb və mobil tətbiq hazırlayan mütəxəssislər, süni intellekt mühəndisləri, kibertəhlükəsizlik üzrə ekspertlər və data analitikləri əmək bazarında ən çox tələb olunan peşələr sırasındadır. Bu istiqamətlər təkcə yerli deyil, beynəlxalq əmək bazarında da yüksək gəlir və geniş karyera imkanları təqdim edir.

Belə bir reallıqda insanların böyük əksəriyyəti ixtisaslarını yeniləməli, bilik və bacarıqlarını daim təkmilləşdirməli olacaqlar. Onlar təkcə bir-biri ilə deyil, həm də robotlar və kompüterlərlə rəqabət aparacaqlar. Yeni dövr insanın həm intellektini, həm məsuliyyət hissini, həm də dəyişən dünyaya uyğunlaşmaq bacarığını daim inkişaf etdirməsini tələb edəcək.

Süni intellektin və robotların insan əməyini əvəz etdiyi bu dövrdə gənclərimiz yalnız texniki biliklərlə rəqabət apara bilməzlər. Kompüterlərin sahib ola bilmədiyi ən mühüm üstünlük insanın milli-mənəvi dəyərləri, yaradıcı təfəkkürü, emosional zəkası və ətraf mühitə qarşı məsuliyyət hissidir. Müasir peşə təhsili gənclərə təkcə dəzgahı idarə etməyi və ya kod yazmağı deyil, eyni zamanda yüksək peşə etikası, vicdan və dövlətçilik təfəkkürü aşılamağı da qarşısına məqsəd qoymalıdır. Çünki ruhsuz texnologiyanın qarşısında yalnız yüksək mənəviyyata və inkişaf etmiş zəkaya malik insan üstün ola bilər.

Bəşəriyyətin intellektual və texnoloji intibah yaşadığı müasir dövrdə peşə təhsili sadəcə ixtisas əldə etmək vasitəsi deyil, ölkənin sosial-iqtisadi inkişafını təmin edən əsas amillərdən biridir. Azərbaycanda peşə təhsilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Son illərdə paytaxt Bakı ilə yanaşı, regionlarda da yeni peşə təhsili müəssisələri yaradılır.

Peşə təhsilinin uğuru onun əmək bazarı ilə qurduğu birbaşa əlaqənin səviyyəsi ilə ölçülür. Bu gün yeni ixtisaslar üzrə kurikulumlar və təhsil proqramları qapalı kabinetlərdə deyil, sənaye nümayəndələrinin, aparıcı mütəxəssislərin və işəgötürənlərin iştirakı ilə hazırlanır. Nəticədə təhsil sistemi ilə biznes sektoru arasında möhkəm əməkdaşlıq körpüsü qurulur.

Eyni zamanda bölgələrdə peşə təhsili müəssisələrinin yaradılması regional klasterləşmə prinsipinə əsaslanır:

Şimal və Qərb zonaları - otelçilik, qonaqpərvərlik və turizm;
Aqrar rayonlar - smart kənd təsərrüfatı və aqroservis;
Sənaye şəhərləri - avtomatika, maşınqayırma və mexanika.

Bu yanaşma hər bir gəncin yaşadığı bölgədə məşğulluğunun təmin olunmasına və daxili miqrasiyanın azaldılmasına xidmət edir.

İKT, avtomobil diaqnostikası, elektrik-qaz qaynaqçısı, avtomatika və qrafik dizayn kimi ixtisaslar uzun illərdir əmək bazarında yüksək tələbatını qoruyur. Bununla yanaşı, subbakalavr dərəcəsi verən yüksək peşə təhsilinə marağın artması gənclərin ömürboyu təhsil prinsipinə daha çox üstünlük verdiyini göstərir.

Son illərin statistik göstəricilərinə əsasən, gənclərin daha çox maraq göstərdiyi istiqamətlər bunlardır:

Ümumi istiqamətlər: veb-dizayn, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma.

Qızların üstünlük verdiyi sahələr: moda dizaynı, dayə, qrimçi-pastijor, laborant-mikrobioloq, kimyəvi analiz laborantı, xalçaçılıq, kargüzarlıq, tədbirlərin təşkili və qənnadçılıq.

Dövlətin bu sahədə gələcək strateji hədəfləri də artıq müəyyənləşdirilib. Nazirlər Kabinetinin fəaliyyət hesabatına əsasən, yaşıl iqtisadiyyat və texnoloji inkişaf istiqamətləri üzrə peşələrin siyahısı davamlı şəkildə genişləndirilir.

Əmək bazarının perspektiv tələblərinə uyğun aparılan təhlillər nəticəsində yaşıl iqtisadiyyat və gələcəyin peşələri üzrə müəyyən edilmiş 25 yeni ixtisasın mövcud 175 aktual peşə və ixtisasın siyahısına əlavə olunması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Azərbaycanın neftdən asılılığının azaldılması və güclü qeyri-neft sektorunun formalaşdırılması məhz yüksək ixtisaslı peşəkar kadrların hesabına mümkün olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 576   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 155
.

Baş məşqçi: Favorit Azərbaycan millisidir

Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun

30.09.2026 153
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 132
.

Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas

30.09.2026 276
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30.09.2026 222
.

Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq

ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə

30.09.2026 137
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

30.09.2026 170
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

30.09.2026 233
.