Bakıda 6500 manata ev elanı - "Dələduzların fırıldaq metodu"
Sosial şəbəkələrdə çox qəribə ev elanları paylaşılır. Altı-on minə bir, iki otaqlı evlər təklif olunur. Hansı ki, bu evlər şəhərdən uzaqda yerləşir, ətrafından nə bir avtobus keçir, nə də ki, yeriməyə asfaltı var. Düzənlik sahədə, bir kəsin olmadığı ərazidə tikilib, satılır. Əl eləsək, yolda dəvələrlə rastlaşarıq, nəinki bir insanla. "Başımı salmağa evim olsun", düşüncəsi ilə bir çoxları da bu elanlara isti baxırlar, maraqlanırlar.
Bəs görəsən, bu kimi cəlbedici qiymətlər təklif edən elanlar nə qədər güvəniləndir? Necə olur ki, qiymətlər fantastik dərəcədə aşağı təklif oluna bilir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, bu evlər problemli olduğu üçün qiymətləri həddindən çox ucuzdur:
"Atalar boşuna demir, "ucuz ətin şorbası olmaz". Altı-on min civarında satılan bir-iki otaqlı evlərin nə özünün, nə də tikildiyi torpağın qanuni sənədi var. Həmin evlərin hərhansısa problemi olduğu üçün çox aşağı qiymətlə bazara təklif olunur. Digər tərəfdən bu evlərin alqı-satqısı mümkün deyil. Elanla maraqlanmaq üçün yaxınlaşsanız görərsiniz ki, onlar qeydiyyata salınmır, notarial müqavilə ilə alqı-satqı etmədən, sənədləşdirilmədən təklif olunurlar. Bu evləri almaq çox təhlükəlidir. Onların ucuz olma səbəbi sənədsizlik, həmçinin tikintinin normativlərə uyğun olmadan aparılmasıyla birbaşa bağlıdır.
Vətəndaşlar ev alarkən onun sənədlərinə, Dövlət Əmlakının Kadastrı və Reyestri tərəfindən verilən çıxarışın olub-olmamasına baxmalıdırlar. Digər tərəfdən həmin evin normativlərə uyğun tikilib-tikilməməsinə, həyətyanı sahənin doğrudan da ora məxsusluğuna diqqət edilməlidir. Əgər evi notarius vasitəsilə almaq mümkündürsə, bu, məqsədəmüvafiqdir, lakin satıcı tərəfindən başqa variantlar təklif olunursa, bu çox təhlükəli, riskli və qanunsuzdur. Bu tip ev elanlarına normal yanaşmaq mümkün deyil".
İqtisadçı bildirib ki, ev alqı-satqısının yalnız ixtisaslaşmış saytlarda aparılması düzgündür:
"Qonşu Türkiyə dövlətində son dövrlər belə bir qadağa qoyulub: Sosial şəbəkələrdə daşınmaz əmlak elanları paylaşılmır. Yalnız ixtisaslaşmış əmlak saytlarında bu barədə elan verilə bilər. Çünki sosial şəbəkələr bir çox hallarda aldadıcı ola bilir. Bu baxımdan düşünürəm ki, gələcəkdə Azərbaycanda da elanların müəyyən ixtisaslaşmış əmlak saytlarında yerləşdirilməsi ilə bağlı ənənə yaranacaq. İnzibati metodların tərəfdarı olmasam da, ənənə formalaşması daha məqsədəuyğundur. Sosial şəbəkədə alqı-satqı çox zaman aldanma ilə nəticələnir. "N" qədər belə hal sadalamaq olar, ilkin ödəniş alınır, kartlara pul köçürülür, dələduzluq faktları ortaya çıxır. Hüquq mühafizə orqanlarına bu istiqamətdə kifayət qədər müraciətlər mövcuddur.
Bu cür satışa qoyulan evlər şəhərdən çox uzaqda, münasib yaşayış məntəqələrində olmurlar. Eyni zamanda onlarda şıq, su, qaz problemi var. Yəqin ki, bu istiqamətdə təminatları da yoxdur. Qonşudan oğurluq leviy yolla evə işıq, su çəkirlər. Bu baxımdan düşünürəm ki, birmənalı olaraq həmin elanlardan uzaq durmaq lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 620 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 155 Baş məşqçi: Favorit Azərbaycan millisidir
Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun
30.09.2026 153 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 132 Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas
30.09.2026 276 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30.09.2026 222 Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə
30.09.2026 137 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
30.09.2026 170 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 151 Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı
Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila
30.09.2026 233