"Tərəflər danışıqlardan tam imtina etməsələr də, hər biri masaya daha güclü mövqedən oturmağa çalışır" - BƏHRUZ QULİYEV

"Tərəflər danışıqlardan tam imtina etməsələr də, hər biri masaya daha güclü mövqedən oturmağa çalışır" - BƏHRUZ QULİYEV"ABŞ ilə İran arasında son günlər baş verən qarşılıqlı hərbi əməliyyatlar göstərir ki, region yenidən təhlükəli mərhələyə qədəm qoyur. Bir tərəfdən diplomatik danışıqların davam etdirilməsi ilə bağlı mesajlar verilir, digər tərəfdən isə raket zərbələri, hərbi bazalara hücumlar və qarşılıqlı ultimatumlar səsləndirilir. Bu isə onu göstərir ki, diplomatik masa ilə hərbi qarşıdurma paralel şəkildə davam edir.

İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələr və İran Xarici İşlər Nazirliyinin "bu proses davam edərsə, hadisələr yenidən genişmiqyaslı müharibə fazasına keçəcək" bəyanatı, eyni zamanda Vaşinqtonun sərt cavab mövqeyi Yaxın Şərqdə vəziyyətin son dərəcə həssas olduğunu göstərir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Tərəflər danışıqlardan tam imtina etməsələr də, hər biri masaya daha güclü mövqedən oturmağa çalışır" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, bu hadisələr onu deməyə əsas verir ki, tərəflər danışıqlardan tam imtina etməsələr də, hər biri masaya daha güclü mövqedən oturmağa çalışır. Hərbi təzyiq diplomatik danışıqlarda üstünlük qazanmaq üçün vasitəyə çevrilir. Lakin belə bir strategiya hər an nəzarətdən çıxa və lokal qarşıdurmanı daha geniş regional müharibəyə çevirə bilər.

"Hesab edirəm ki, Yaxın Şərqdə yeni eskalasiyanın baş verməsi yalnız ABŞ və İran üçün deyil, bütün region, enerji bazarları və beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi risklər yaradır. Xüsusilə Hörmüz boğazında gərginliyin artması dünya enerji bazarına və qlobal ticarət marşrutlarına birbaşa təsir göstərmək potensialına malikdir.

Mövcud şərait göstərir ki, diplomatiyanın alternativi yoxdur. Əks halda, qarşılıqlı cavab zərbələrinin davam etməsi regionu uzunmüddətli qeyri-sabitlik mərhələsinə sürükləyə, bunun nəticələri isə Yaxın Şərqin hüdudlarını aşaraq qlobal təhlükəsizlik və iqtisadi sistemə ciddi təsirlər göstərə bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 603   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 132
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30.09.2026 166
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

30.09.2026 235
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

30.09.2026 318
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

30.09.2026 263
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas

30.09.2026 276
.