Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə
"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanları üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində də anım mərasimləri təşkil olunacaq".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Əli Xameneinin bu müqəddəs şəhərlərdə yad edilməsi gözlənilən addım sayılsa da, bunun mərasimə əlavə dini və simvolik məna qazandırmaq məqsədi daşıdığı barədə fikirlər də səsləndirilir:
"Diqqət çəkən digər məqam mərasimlərdə ailə üzvlərinin iştirakı ilə bağlıdır. İlk günlərdə ailə üzvlərinin mərasimə qatılmadığı barədə məlumatlar yayılsa da, sonradan yayılan görüntülərdə Xameneinin oğulları Mustafa, Meysəm və Məsudun tabutun yanında dua etdiyi müşahidə olunur.
Bununla yanaşı, İranın yeni ali dini lideri olduğu bildirilən Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Rəsmi açıqlamalarda bunun təhlükəsizlik tədbirləri ilə əlaqədar olduğu bildirilsə də, qeyri-rəsmi mənbələr onun hava hücumu zamanı yaralandığını iddia edirlər. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Əgər bu iddialar doğru olarsa və Müctəba Xamenei səhhətinə görə vəzifələrini yerinə yetirə bilməzsə, İran Konstitusiyasının 111-ci maddəsində nəzərdə tutulan mexanizmlərin tətbiqi gündəmə gələ bilər. Həmin maddəyə əsasən, ali dini lider müvəqqəti olaraq səlahiyyətlərini icra edə bilmədikdə, onun funksiyaları Konstitusiyada nəzərdə tutulmuş müvəqqəti mexanizm vasitəsilə həyata keçirilir. Əgər bu vəziyyət daimi xarakter alarsa, ali dini liderin vəzifədə qalması məsələsinə Ekspertlər Məclisi baxır.
Müctəba Xameneinin indiyədək ictimaiyyət qarşısına çıxmaması və rəsmi tədbirlərdə görünməməsi müxtəlif siyasi şərhlərə səbəb olub. Bu fonda İran daxilində güc balansının dəyişməsi, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) siyasi təsirinin artması barədə ehtimallar irəli sürülür. Bununla belə, bu iddiaları təsdiqləyən rəsmi məlumat mövcud deyil.
Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkianın səlahiyyət bölgüsü və qərarvermə mexanizmləri ilə bağlı müxtəlif çıxışları da ölkədaxili siyasi proseslərə dair müzakirələri gücləndirib.
Mənim fikrimcə, hazırkı mərhələdə əsas diqqət çəkən məsələ Xamenei ailəsinin digər üzvlərinin mərasimlərdə görünməsi, lakin Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasıdır. Bu amil müxtəlif versiyaların yaranmasına səbəb olur.
Bununla belə, Xamenei ailəsi ilə SEPAH arasında münasibətlərdə gərginliyin mövcud olması, eləcə də İran daxilində hakimiyyət bölgüsünün dəyişməsi barədə səslənən fikirlər hazırda daha çox siyasi ehtimal və analitik yanaşma xarakteri daşıyır. Bu iddiaların təsdiqlənməsi üçün rəsmi məlumatların və əlavə faktların ortaya çıxması zəruridir.
Hazırkı mərhələdə İranda baş verən proseslərin gələcək siyasi qərarlara necə təsir göstərəcəyi hələ də açıq sual olaraq qalır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 720 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 132 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268 İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca
30.09.2026 166 Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?
Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay
30.09.2026 235 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 302 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
30.09.2026 318 Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…
ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla
30.09.2026 263 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas
30.09.2026 276